Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (10-10-2015, 20:51)
"Makler" deputat Yevlaxda qonaqlıq verdi

"Makler" deputat Yevlaxda qonaqlıq verdi

 

48 saylı Yevlax şəhər dairəsindən deputatlığa namizəd İlham Məmmədov kitabxanaçı, rabitəçi, elektirik işçisi, mühəndis, işsiz, müəllim, mədəniyyət işçisi və lobarantla mübarizə aparacaq

Əldə etdiyi mandatından istifadə edib özünə Gəncədə və Yevlaxda böyük biznes strukturu quran və yerli sakinlərin «makler» ayaması verdiyi depuatat İlham Məmmədov artıq özünü qalib elan edib və seçicilərinə sanki acıq verirmiş kimi hər gün dost və yaxınlarına Yevlax və Gəncədə ziyafətlər verir.

48 saylı Yevlax şəhər dairəsindən deputatlığa namizəd İlham Məmmədov artıq özünü millət vəkili elan edib. 

Arqument.Az-a Yevlaxdan daxil olan məlumatda bildirilir ki, millət vəkili 10 gündən çoxdur ki, Yevlaxda və Gəncədə yaxın adamlarına eyş-işrət məclisləri təşkil etməklə məşğuldur. Bu isə yerli sakinlərin qıcıqlanmasına səbəb olur. Hər yerdə yenidən «seçildiyini» bildirən İlham Məmmədov bununla sanki öz seçicilərinə deyir ki, mənim sizə ehtiyacım belə yoxdur.

Qeyd edək ki, Milli Məclisin "lal-kar" deputatları arasında yer alan İlham Məmmədov parlamentin ən az tanınan və səsini bu günə qədər heç kəsin eşitmədiyi nümayəndələrindən biridir. Buna baxmayaraq, rəngli keçmişi olan İlham Məmmmədov Yevlax və Gəncədə istədiyi kimi «at otarır» və sıravi vətəndaşlara yuxarıdan aşağı baxması ilə seçilir.

Yevlaxda ona heç kəs səs verməyib və bu dəfə də verməyəcək

Apardığımız araşdırmada məlum oldu ki, 5 il Yevlaxı Milli Məclisdə təmsil edən İlham Məmmədova rayon  sakinlərinin əksəriyyətinin inamı yoxdur. O, sakinlər arasında vətəndaşların probləmləri ilə maraqlanmayan, sadəcə öz şəxsi maraqlarını güdən bir şəxs kimi tanınır. 

Yevlax cammaatı arasında apardığımız kiçik bir sorğuda vətəndaşların İlham Məmmədova səs vermədiyi məlum oldu. Sakinlər bildirir ki, onlar İlham Məmmədovu əvvəllər «makler» olaraq taynıyıblar. Elə indi də ona Yevlaxda «makler» İlham  deyirlər. Belə ki, İlham Məmmədov keçmişdə də, elə indi də Yevlax və Gəncədə torpaq satışı ilə məşğul olub. Bu barədə ikinci yazımızda, hələlik isə onu deyək ki, «maklerlikdən» deputatlığa qədər ucalan İlham Məmmədov indi özünü bölgəninin «kiçik padişahı» kimi hiss edir.

Görüşdüyümüz insanlar isə birmənalı şəkildə bildirirlər ki, İlham Məmmədova 2010-cu ildə də səs verməyiblər, bu il də vermək fikirləri yoxdur. Çünki İlham Məmmədovun ötən 5 il müddətində onların heç bir dərdinə dərman olmadıqları kimi gələcək 5 ildə də olmayacağından əmindirlər. 

1500 manat maaş alan deputatın yarım milyonluq villası haradandır?

Görəsən, İlham Məmmədov MSK-ya təqdim etdiyi mal varlığı haqqında deklarasiyasında Hacıkənddəki villasını göstəribmi? Yəqin ki, yox. Amma oxucularımızın diqqətinə çatdıraq ki, İlham Məmmədovun Hacıkənddəki villasının qiyməti yarım milyondan çoxdur.

Həmçinin deputatın Yevlax və Gəncə şəhərlərində bir neçə obyekti var. Maraqlıdır ki, qeyd etdiyimiz bu obyektlər və villa məhz İlham Məmmədova mandat almasından sonra "qismət” olub. Görəsən, 1500 manat əmək haqqı alan millət vəkili qiyməti yarım milyondan çox olan villanı və Yevlax, Gəncə şəhərlərindəki obyektləri necə əldə edib? 

Bildirək ki, redaksiyamıza daxil olan digər məlumatda millət vəkili İlham Məmmədovun yaxın adamlarının adına bir neçə kiçik müəsissə açdığı və həmin şirkətlərin Yevlax, Gəncə və Tərtər rayonlarında tikinti təmir tenderlərində iştirak etdiyi deyilir. Bu məsələ ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə oxucularımıza ətraflı məlumat verəcəyik.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024