Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-09-2015, 22:16)
Hansı namizədlərə “yaşıl işıq” yandırılıb?

Hansı namizədlərə “yaşıl işıq” yandırılıb?

 

Bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərində Milli Məclisin deputat simasında bir sıra dəyişiklik olacağı gözlənilir.

“Mediatv.az” modern.az-a istinadən xəbər verir ki, bəzi dairələrdən nisbətən gənc namizədlərə “yaşıl işıq” yandırılıb.

Məsələn, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov, politoloq, YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin adı bu sırada hallandırılır.

Rufiz Qonaqovun namizədliyini irəli sürəcəyi seçki dairəsi məlum olmasa da, digərlərinin deputatlığa namizəd olduğu bölgələr bəllidir.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısında yer alan Elman Nəsirov 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizəd olacaq. Elşən Musayev isə 110 saylı Zaqatala seçki dairəsindən deputat olmaq iddiasındadır.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovun da namizədliyi hakim partiya tərəfindən irəli sürülüb. Şahin İsmayılov 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizəd olacaq.

Bununla yanaşı, nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədov budəfəki seçkilərdə namizədliyini irəli sürmədi. Onun dairəsindən isə (91 saylı Ucar) namizədliyi irəli sürülən Vüsal Hüseynovun qalib gəlmək imkanı yüksək qiymətləndirilir. Vüsal Hüseynov da YAP-ın namizədləri siyahısına daxildir. Vüsal Hüseynovun Harvard universitetinin məzunu olduğu bildirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024