Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-09-2015, 16:14)
Əli Həsənov: "Rusiya ilə münasibətlər Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir"

Avrasiya regionunda Rusiya ilə münasibətlər Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir.

 

Mediatv.az xəbər verir ki, AZƏRTAC-ın Yekaterinburqa ezam olunmuş müxbirinin məlumatına gərə, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov VI Rusiya-Azərbaycan regionlararası forumuna münasibət bildirərək deyib.

 

“Bu münasibətlərə uyğun olaraq biz bu foruma önəm veririk. Azərbaycan Prezidenti İlham Əliyev davamlı olaraq 6 dəfədir ki, Azərbaycan-Rusiya regionlararası forumuna müraciət ünvanlayır və bu müraciətlərdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlığına mühüm önəm verilir”, - deyə Əli Həsənov vurğulayıb.

 

Prezidentin köməkçisi xatırladıb ki, ilk Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildə Bakıda keçirilib və ardıcıl olaraq bir dəfə Rusiyada, bir dəfə Azərbaycanda keçirilir. Foruma hər iki ölkənin prezidentləri müraciətlərini ünvanlayır. Bu müraciətlərdə Azərbaycan-Rusiya münasibətlərinin bütün aspektlərinə toxunulur və qiymət verilir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasında birbaşa iqtisadi, siyasi, sosial əlaqələr hər iki ölkənin maraqlarına cavab verir və bu maraqlara müvafiq olaraq müzakirələr aparılır. Bugünkü forumda beş “dəyırmi masa”nın keçirildiyini deyən Əli Həsənov gənclər arasında foruma xüsusi toxunaraq bildirib ki, Azərbaycanın və Rusiyanın gələcəyini quran nəslin nümayəndələri birlikdə bu əlaqələrin bugünkü vəziyyətini və perspektivlərini müzakirə edəcəklər.

 

“Forumun sonunda aparılan müzakirələr, səslənən fikirlər və rəylər əsasında Azərbaycan və Rusiya prezidentlərinə təkliflər hazırlanaraq qəbul ediləcək”, - deyə Əli Həsənov bildirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024