Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (27-09-2015, 11:46)
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

 

Sentyabrın 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən minatanlardan istifadə edilməklə Ağdam rayonunun cəbhəboyu kəndlərinin atəş tutulması nəticəsində mülkü şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak olub.


Mediatv.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ermənilər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirməklə döyüş meydanındakı uğursuzluqlarının əvəzini çıxmağa çalışırlar. Belə bir vəziyyətdə beynəlxalq qurumların da Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına və mülki vətəndaşlarımızın öldürülməsinə biganə yanaşmaları yolverilməzdir, qəbuledilməzdir.

"Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır və bunun nəticələrinə məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", məlumatda qeyd olunur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024