Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (11-09-2015, 09:19)
Azərbaycanlı deputat: Ermənistan PKK üçün 2-ci Kandildir

Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycana verdiyi dəstəklə tanınan, yaxın günlərdə üzvü olduğu Milliyyətçi Hərəkat Partiyasından (MHP) çıxarılan sabiq millət vəkiliSinan Oğan qeyri-adi iddialarla çıxış edib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Oğan Ermənistanın PKK terrorçularının ikinci sığınacağı olduğunu deyib. Ermənistanı PKK terrorçularının Şimali İraqdakı əsas sığınacağı olan Kandil dağı ilə müqayisə edən sabiq millət vəkili bu ölkənin “İkinci Kandil” olduğunu vurğulayıb. 



Kandil dağının xəritədə görünüşü

“Bu gün Ermənistan PKK üçün ikinci Kandil dağı mövqeyindədir. Ağrı dağı – Ermənistan cizgisi PKK təhlükəsi altındadır. Xüsusilə son günlərdə törətdikləri işlərə baxanda, avtomobillərin yandırılmasının bir səbəbi də qorxu yaradaraq yollara rahatlıqla mina döşəmək üçündür. Amma İqdırda yollara basdırılan minalar yaxın vaxtlarda döşənməyib. PKK-nın Ermənistanı ikinci Kandil kimi qəbul etməsi, bunun üçün İqdırda terror fəaliyyətlərini çoxaltması Türkiyənin üzərində çox düşünməli olduğu bir mövzudur. Türkiyə - Ermənistan sərhəddində yaşayan vətəndaşlarımızdan məlumatlar daxil olmağa başladı. Həmsərhəd kəndlərdən tanışlarım mənə zəng vuraraq, bu gecə bu qədər adam keçdi – deyirlər.” 


Sinan Oğan Ağrı dağı – Ermənistan cizgisi PKK təhlükəsi altında olduğunu deyir

Azərbaycan əslli Sinan Oğan MHP-nin İqdır şəhərindən 24-cü çağırış millət vəkili olub. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024