Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-09-2015, 12:36)
ABŞ-ın jandarm siyasəti və Avropanı məhvə sürükləyən qaçqın fəlakəti

ABŞ-ın jandarm siyasəti və Avropanı məhvə sürükləyən qaçqın fəlakəti

Qaçqınlar: ABŞ-ın Avropaya başağrıdan hədiyyəsi

ABŞ Administrasiyasının və şəxsən cənab Barak Obamanın son illər yürütdüyü siyasət nəticəsində bu gün Amerika dünyada azadlıq anlayışının jandarmı kimi qəbul olunur. Ekspertlər hesab edirlər ki, demokratiya və insan haqlarını effektli manipulyasiya alətinə çevirmiş rəsmi Vaşinqton Avropadakı müttəfiqlərini bu işə cəlb etməklə postsovet məkanında, Şərqi Afrikada və Yaxın Şərqdə müstəqil siyasət yürüdən dövlətləri vətəndaş qarşıdurması və qanlı toqquşma arenasına çevirməkdədir. Şotlandiyadan olan deputat Alan Makkinon bildirir ki, "bu gün Yaxın Şərqdəki fəlakətə, insanların müflisləşməsi və miqrasiya böhranına görə NATO və Obama, Kemeron və Olland hökumətləri məsuliyyət daşıyırlar". 2011-ci ildə Vaşinqtonun Liviyada başladığı hərbi əməliyyatlara qoşulan Böyük Britaniya ölkənin bombalanmasına 320 milyon funt sterlinq xərclədiyi halda, Müəmmər Qəzzafi hakimiyyəti devrildikdən sonra bərpa işlərinə bundan 13 dəfə az məbləğ - cəmi 25 milyon funt sterlinq ayırıb. "The Morning Star" nəşrinə müsahibəsində "Müharibəni dayandırın" koalisiyasının zabiti Kris Naynhem bildirmişdi: "Rəqəmlər göstərir ki, 2011-ci ildəki təcavüz heç vaxt situasiyanın Liviya xalqı üçün inkişaf etdirilməsi məqsədi daşımamışdı. Söhbət regionda Qərbin maraqlarının təmin olunmasından gedirdi". 

Həyata keçirilən hərbi təcavüzün, hakimiyyət çevrilişləri, vətəndaş qarşıdurmaları, iqtisadi və sosial fəlakətin nəticəsidir ki, vaxtilə sabit və normal inkişaf edən İraq, Suriya, Misir, Yəmən və digər dövlətlər artıq yaşamaq üçün təhlükəli ərazilərə çevriliblər, bu ölkələrin yüzminlərlə sakini isə anarxiya, xaos və ölüm təhdidindən yaxa qurtarmaq üçün inkişaf etmiş Avropaya pənah aparır. Ancaq burada da onlar sərt miqrasiya siyasəti, güclü dini və milli ayrı-seçkilik təzahürləri ilə üzləşirlər. Təsadüfi deyil ki, qaçqın axını fonunda Almaniyada neofaşizm dalğası güclənir, qaçqınların məskunlaşdığı obyektlərə od vurulur, onlar qətlə yetirilir. Çexiya və Slovakiya hökumətləri isə absurd səbəblərlə ancaq xristian qaçqınları qəbul edə biləcəklərini bəyan edirlər. 
Çexiyanın "Blesk" qəzetinə müsahibəsində Prezident Miloş Zeman açıq şəkildə bəyan edib ki, mövcud problemin əsas səbəbkarları ABŞ və Avropanın bəzi liderləridir: "Hazırkı miqrasiya dalğası guya kütləvi qırğın silahının olduğu, amma heç nə tapılmadığı İraqa hərbi təcavüz kimi ağılsız ideyanın nəticəsidir. Həm də bu, Liviya, sonra isə Suriyada qayda-qanun yaratmaq kimi ağılsız ideyanın reallaşdırılması nəticəsində baş verdi. Belə hərəkətlərin sayəsində həmin ölkələrin ərazisində terrorçu rejimlər yarandı və sonda bu, Avropaya idarəolunmaz, qeyri-leqal qaçqın axınına səbəb oldu. Bütün bunlara görə məsuliyyət təkcə ABŞ-ın üzərinə düşmür, çünki Liviyaya qarşı hərbi aksiyanı Avropa İttifaqının bəzi ölkələri də koordinasiya edirdilər". Cənab Zeman haqlı olaraq deyib ki, "indi əsas vəzifə həmin ölkələrə tanklar, artilleriya və quru qoşunları ilə təcavüz etmək deyil, o ərazilərdə terrorçuların bazalarını məhv etmək olmalıdır". Ancaq bundan əvvəl Əl-Qaidə və İŞİD kimi terrorçu qruplaşmaların necə əmələ gəldiyi, nəyə görə ABŞ-ın Kobanini müdafiə edən sakinlərə ünvanlanmış hərbi yardımının İŞİD-çilərin nəzarət etdiyi ərazilərə gedib çıxdığı kimi bəzi suallar da obyektiv cavablandırılmalıdır.
 
ABŞ və Avropada söz azadlığı və Qərbin "demokratik" təzyiq siyasəti
 
Bütün bunlara görədir ki, Amerika başda olmaqla bəzi Qərb dairələrinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının demokratiya və insan haqları barədə iddiaları artıq istehza doğurur. Ferqyuson və Baltimor hadisələri, Culian Assanc və Edvard Snoudenin ifşaları ABŞ-ın "nümunəvi" demokratiyasının iç üzünü açdıqdan, Avropanın bəzi aparıcı ölkələrində baş verən total korrupsiya, dini və irqi ayrı-seçkilik faktları dünya ictimaiyyətinə bəyan olduqdan sonra isə Qərbin özündə də demokratik dəyərlərin korroziyaya uğradığı aydın göründü. ABŞ və Avropada müstəqil fikirli, mövcud siyasi sistemlərin kaprizləri ilə barışmayan və mübarizə aparan fəalların sərt təzyiq və təqiblərə, qeyri-insani davranışa məruz qaldığına dair çoxsaylı faktlar mövcuddur. Bunlardan biri kimi ABŞ hakimiyyətinin bloqqer və internet fəalı Aaron Şvartsa qarşı həyata keçirdiyi kampaniyanı göstərmək olar. Qeyd edək ki, bütün fəaliyyəti dövründə internetdə informasiyanın azad dövriyyəsi uğrunda, hakimiyyət orqanlarının interneti məhdudlaşdırmaq cəhdlərinə qarşı ardıcıl mübarizə aparan Şvarts 13 dəfə məsuliyyətə cəlb olunub. 2011-ci ildə Massaçusets Texnoloji Universitetinin arxivindən elmi məqalələri köçürdüyünə görə həbs olunan internet fəalına qarşı sərt ittihamlar irəli sürülür və o, 30 il müddətinə azadlıqdan məhrum olmaq cəzası ilə üzləşir. 2013-cü ildə isə A.Şvarts müəmmalı şəkildə təcridxanada vəfat edir. Məsələ ilə əlaqədar Tarun Vadhvanın "Forbes" nəşrində dərc olunmuş məqaləsində bildirilmişdi ki, "bu hal bizim hüquq sistemimizin hüquqi prosedurlara ilişməyi prioritetləşdirən, həbs olunmaq təhlükəsini psixoloji müharibənin aləti kimi istifadə edən eybəcər və korrupsiyalaşmış hissəsini bütün dünyaya göstərdi". Ancaq təəssüflə qeyd etmək lazım gəlir ki, belə faktlar heç vaxt "Human Rights Watch", "Freedom House" və digər bu kimi yedək təşkilatların hesabatına düşmür. 

Qərb dairələri ayrı-ayrı müstəqil ölkələrə təzyiq göstərmək üçün bütün mümkün vasitələrdən istifadə edir, hətta geniş yayılmış hüquqi normaların qəbul olunması və tətbiqini belə insan hüquq və azadlıqlarının pozulması kimi qələmə verir, bununla bağlı öz tabeçiliyində olan QHT və KİV vasitəsilə çirkin kampaniya aparırlar. Məsələn, 2010-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərə əsasən, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qadağan olundu. Həmin vaxt bir çox Qərb təşkilatları bunu söz və məlumat azadlığının məhdudlaşdırılması kimi qələmə verdilər. Ancaq 2000-ci ildə ABŞ-ın Ohayo və Kaliforniya ştatlarında küçədə və ictimai yerlərdə həvəskar video və fotoçəkilişlərin qanuni əsaslarla qadağan edilməsinə bu günə kimi heç bir təşkilat mövqe bildirməyib. Hazırda Kaliforniyada istənilən şəxs küçədə şəkil çəkməyə görə 500 dollardan 1000 dollara kimi cərimə oluna və ya 6 ay müddətinə azadlıqdan məhrum edilə bilər. 

Yaxud bir sıra Qərb təşkilatları, xüsusilə də "Sərhədsiz Reportyorlar" bu il avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatını siyasiləşdirməyə və hadisəni guya Azərbaycanda "jurnalistlərə qarşı təzyiqlərin" və "cəzasızlıq mühitinin" nəticəsi kimi qələmə verməyə çalışdılar. Hətta Avropa Şurasının Baş katibi Torbyorn Yaqlland da məsələni siyasi müstəvidə dəyərləndirməyə cəhd göstərdi. Baxmayaraq ki, hadisə şəxsi zəmində baş vermişdi və həmin cinayətin səbəbkarları qısa müddətdə həbs olunaraq məsuliyyətə cəlb edildilər. Ancaq avqustun 26-da ABŞ-ın WDBJ7 telekanalının reportyoru 24 yaşlı Elison Parker və 27 yaşlı fotoqrafı Adam Uordun qətli "şəxsi zəmində" baş vermiş hadisə kimi səciyyələndirildi. Bir çox beynəlxalq QHT-lər isə, ümumiyyətlə, bu mövzuya toxunmadılar. Baxmayaraq ki, 2010-cu ildən etibarən Elison Parker və Adam Uord da daxil olmaqla öldürülən ABŞ jurnalistlərinin sayı artıq 8-ə çatıb (Luke Sommers, James Foley, Steven Sotloff, Marie Colvin, Chris Hondros, Rupert Hamer).
Eləcə də müxtəlif ölkələrdə jurnalistlərə qarşı təzyiqlər və ya onların həbsi barədə ardıcıl bəyanatlarla çıxış edən təşkilatlar Mərakeş kralı IV Məhəmmədi şantaj edən fransalı jurnalistlər Erik Loran və Katrin Qarsyenin həbsinə heç bir münasibət bildirmədilər. Ancaq həmin təşkilatlar Qərbin xüsusi marağı olan istənilən ölkədə bu və ya digər hadisəni qabardaraq onu ümumiləşdirməyə cəhd göstərirlər. 

Əgər Azərbaycan kimi bir ölkədə hər hansı jurnalist dövlətə xəyanətdə ittiham olunursa, bu, "söz azadlığının pozulması", "hakimiyyətin jurnalisti susdurmaq cəhdi" kimi qələmə verilir. Amma Almaniyada baş vermiş analoji hadisə dərhal "hüquqi norma" statusu qazanır. Ötən ay Almaniya Federal Prokurorluğunun netzpolitik.org bloqunun əməkdaşı Andre Maysterə və həmin resursun baş redaktoru Markus Bekdala qarşı dövlətə xəyanət ittihamı ilə araşdırmaya başlaması və bu halın faktiki olaraq dünyanın aparıcı hüquq-müdafiə təşkilatının diqqətindən kənarda qalması deyilənləri təsdiq edir. 
Ümumilikdə, statistikaya əsasən (mappingmediafreedom.org), 2015-ci ilin 8 ayı ərzində Avropa İttifaqına üzv və namizəd ölkələrdə jurnalistlərə qarşı müxtəlif kateqoriyalar üzrə 931 hadisə qeydə alınıb. Bunlardan 73-ü İtaliyanın, 61-i Almaniyanın, 55-i Fransanın, 28-i İspaniyanın, 23-ü İngiltərənin, 7-si Avstriyanın, 6-sı Portuqaliyanın qalanları isə digər ölkələrin payına düşür. Hadisələrin mahiyyətinə gəlincə, onlardan 126-ı fiziki cəza, 181-i senzura, 80-i həbs, 7-si ölüm, qalanları isə digər hallarla bağlı olub. Bu rəqəmlər Avropa İttifaqında söz və məlumat azadlığının, jurnalist müstəqilliyinin və təhlükəsizliyinin acınacaqlı vəziyyətini açıq şəkildə göstərir. 
Bütün bu faktlar istər ABŞ və Avropanın dünyanın ayrı-ayrı regionlarında "demokratikləşmə siyasətinin" ağır nəticələrini, istərsə də Qərbin daxili "demokratiyasının" necə də acınacaqlı vəziyyətdə olduğunu qiymətləndirmək üçün fürsət yaradır. Azərbaycanın nə ABŞ-ın, nə onun vassalı qismində çıxış edən Avropa İttifaqının, nə də başqa bir qüvvənin dirijor çubuğu ilə hərəkət etmək niyyəti yoxdur. Çünki Azərbaycan xalqı və hakimiyyəti öz müstəqilliyini hər şeydən uca tutur və bu çubuğun İraq və Suriyanın hazırkı durumuna istiqamətləndiyini aydın görürlər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024