Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-09-2015, 17:25)
Uorlik: "ABŞ Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır"

Uorlik: "ABŞ Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır"

Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik"Аzernews" qəzetinə müsahibəsində deyib.

C.Uorlik sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçı rejimin "özünüidarə orqanları"na qanunsuz "seçkilər" keçirməyi planlaşdırması məsələsini belə şərh edib.

Bu yaxınlarda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması haqqında sualı cavablandıran həmsədr qeyd edib ki, ilin böyük hissəsi təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində nisbi sakitlik olub: "Biz tərəflərə gərginliyi azaltmaq və atəşkəs rejiminə ciddi riayət etmək çağırışları ilə müraciət etmişik. Həmçinin atəşkəs rejimini gücləndirən və nizamlanmaya gətirib çıxaracaq danışıqlar üçün daha əlverişli şərait yaradan etimadın möhkəmləndirilməsi üzrə tədbirlər təklif etməyi davam etdiririk".

Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri sentyabrda BMT Baş Assambleyası çərçivəsində münaqişə tərəflərinin xarici işlər nazirləri ilə görüşlər keçirəcəklər: "Biz nazirlərlə bu il prezidentlərin növbəti görüşünün mümkünlüyünü müzakirə edəcəyik".

C.Uorlik əlavə edib ki, həmsədrlər payızda regiona səfər etməyi planlaşdırırlar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024