Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (24-08-2015, 12:22)
Gömrükdə mövqe savaşı: İki generalın qarşıdırması və ya nazirə kim kələk gəlib?

Gömrükdə mövqe savaşı: İki generalın qarşıdırması və ya nazirə kim kələk gəlib?

 

Bir neçə aydır Dövlət Gömrük Komitəsində gərginlik yaranıb.
 
Bu barədə Mia.az-ı məlumatlandıran mənbə deyir ki, prezident İlham Əliyevin monopolistlərə yönəlik sərt çıxışından sonra bu qurumda ciddi dəyişikliklərə start verilib:
 
«Xatırlayırsınızsa, Prezident İlham Əliyev müşavirədə ölkədə dərmanların kəskin baha olmasından danışdı və elə orada da gömrük və digər qurumların rəhbərlərinə bu özbaşınalığı aradan qaldırmaq tapşırığı verdi. Ötən aylar isə göstərdi ki, artıq dərman bazarında ciddi dəişikliklər yaşanıb. Qiymətlər xeyli aşağı salınıb. Bu sahə üzrə monopoliya quran şirkətlər, xüsusiylə «Avromed»in hakimliyinə son verilib. Ancaq məsələ bununla da bitməyib. Artıq bu proses biznes strukturlarından dövlətin gücünü arxasına alaraq hər ay milyonlarla pul qazanan gömrük generallarına yetişib. Hazırda Dövlət Gömrük Komitəsinin son 20 il ərzində yaratdığı "qolçomaq”lığa son verilməsi üzərində ciddi işlər gedir».
 
Mənbə bildirir ki, bir neçə ay əvəl Gömrük Komitəsi sədrinin 1-ci müavini Səfər Mehdiyevin barəsində yayılan məlumatlar da təsadüfi olmayıb: «Bəli, komitə üzərində dominatlıq edən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə gömrük generallarının qeyri-rəsmi toplantısı olub. Orada gömrüyün «qara qutusu» sayılan Səfər Mehdiyevlə bağlı da kəskin mübahisə və müzakirə açılıb. Kəmaləddin Heydərov onu ayağa qaldıraraq çox kəskin danlayıb. Bu barədə zamanında mətbuatda müəyyən informasiyalar yayıldığından  təfərrüfatlara varmıram. Ancaq onu deyə bilərəm ki, Səfər Mehdiyevin danlanması tamamı ilə haqlı olub. O və yaxınları da bir neçə sahə üzrə monopoliya yaradıblar. Konkret ölkəyə gətirilən ət məhsulları, bahalı kolbasalar, içki və digər məhsulların monopoliyası birbaşa 1-ci müavinin nəzarətindədir. Bəzilərinin iddialarına görə, adıçəkilən məhsullar ölkəmizə əsasən onun bacanağının rəhbərlik etdiyi şirkətin razılığı ilə daxil olur. Qəribə səslənsə də, fakt budur ki, bəzi gömrük generalları və nüfuzlu şəxslər məhz sahibi olduqları şirkətlərin simasında belə monopoliya yaradırlar. Yəni monopolist şirkət razılıq verməsə, bir kəs ölkəyə bu məhsulları sərbəst gətirə bilməz. Təsəvvür edin ki, ölkəyə gətirilən hər diri baş mala görə monopolistlər 150-250 dollar arası pul alırlar. Bu məsələdə isə Səfər Mehdiyevin bacanağının əsas rol oynadığı deyilir. Yəni bacanağın razılığı ilə bu məbləğ alınmasa, ölkəyə heç kəs dövlət rüsumu almadan diri heyvan keçirə bilməz. Bu məbləğə isə dövlətin rüsumları, baytarlıq xərcləri və sair daxil deyil».
 
Səfər MEHDİYEV
 
Məlumatlı şəxs Mia.az-a deyib ki, gömrükdəki problemlər bununla da bitmir. Belə ki, Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən toplantıda belə aydın olub ki, elə onun adıyla da ölkəyə son bir ildə 100 milyon dolları aşan mal-material girib: 
«Yəni gömrük generalları bu malların Kəmaləddin Heydərova getdiyini «qara kitab»da qeyd edərək, buraxıblar. Ancaq bu qədər malın nazirə, nazriliyə və ya haraya göndərildiyi isə müəmma olaraq qalıb. Yəni gömrük generallarının nazirin adından da sui-istifadə edərək qazanc güddükləri aşkara çıxarılıb. Bu isə gömrükdəki qarşıdurmanı daha da şiddətləndirib. İndi həmin generallar vəzifələrini, hətta deyərdim ki, azadlıqlarını qorumaq üçün bütün güclərini səfərbər ediblər. Onların buna necə və ya nə dərəcə nail olacaqlarını isə zaman göstərəcək».
 
Məlumatlə şəxs etiraf edir ki, S.Mehdiyevin belə gərgin vəziyyətlə üzləşməsində digər bir gömrük generalı – Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun da əvəzsiz rolu olub. O, bütün gücüylə 1-ci müavinin "sahəsi”ni də ələ keçirməyə çalışır: "Vüsal Novruzov sıradan gömrük genaralı və ya idarə rəisi deyil. O, nazir Kəmaləddin Heydərova qeyri-rəsmi bağlı olan şirkətlərin mühasibatlığının da apardığından "əli daha güclü” sayılır. Hazırkı İqtisad Universitetinin məzunu olan gömrük generalı hər ay Qəbələyə şirkətlərin hesab-kitabını aparmaq üçün təşrif buyurur. Onun xidməti bununla da bitmir. Vüsal Novruzov eyni zamanda Gömrük Komitəsində "yeni bir komitə” kimi fəaliyyət göstərir. Onun bəzi gömrük generalları haqda kompromat toplaması və bunları hamisinə ötürməsi haqda da gömrükdə ciddi şübhə və narahatçılıqlar da var”.
 
Vüsal NOVRUZOV
Vüsal Novruzovun Ukraynadakı macəraları ilə yanaşı, onun yüksəliş trayektoriyası və digər əməlləri haqda da Mia.az-a açıqlama verən müsahibimiz deyir ki, o, Gömrük Komitəsinin sədri postuna potensial namizəddir: "Onun qarşısındakı yeganə əngəl isə Səfər Mehdiyevdir. O üzdən də Səfər Mehdiyevin son bir ildə qarşılaşdığı problemlər təsadüfi sayılmır...”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024