Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-08-2015, 17:42)
İnterpol Sterliqovun axtarışını dayandırdı

İnterpol Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olan rusiyalı biznesmen German Sterliqovun axtarışını dayandırıb.

 

APA-nın məlumatına görə, bu barədə onun vəkili Artur Ayrapetov bildirib.

 

Vəkil deyib ki, İnterpol siyasi motivlərə görə tutulması istənilən şəxslərin axtarışını həyata keçirmir: “Çünki bu, təşkilatın Nizamnaməsinə uyğun deyil. İnterpolun komissiyası isə Azərbaycanın Sterliqovu təqib etməsini siyasi motivli hesab edib. Biznesmen 10-15 gün İnterpolun axtarış bazasında olub, avqustun 21-də isə onun beynəlxalq axtarışı dayandırılıb”.   

 

Vəkil onu da əlavə edib ki, hüquqlarını müdafiə etdiyi şəxs avqustun 29-dək Dağlıq Qarabağda qalacaq. Biznesmen həmin gün böyük tədbirlər təşkil edəcək – həyat yoldaşı Alyona Sterliqovanın Moda Evinin nümayişi və cıdır yarışları olacaq.

 

Qeyd edək ki, Azərbaycan G. Sperliqovu iyulun 28-də İnterpol xətti ilə axtarışa verib.

 

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və digərlərinin Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlmələri və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

 

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə German Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024