Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-08-2015, 08:20)
Rusiya qoşunu Azərbaycana qayıdır (FOTO)

Rusiya qoşunu Azərbaycana qayıdır (FOTO)

 

Rusiya 2017-ci ildə Azərbaycanda yeni hərbi baza tikməyi planlaşdırır.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın “Zvezda” telekanalı bildirir.

Telekanalın yaydığı xəbərə görə, Rusiya tərəfi planlaşdırıb ki, 2017-ci ildə Qəbələ RLS-inəvəzində "Voronej” RLS-in tikintisinə başlanılsın.

Ümumiyyətlə, rəsmi Kreml Rusiyanın müxtəlif bölgələrində "Voronej” RLS-in təkmilləşdirməyə başlayıb

Xəbərdə bildirilir ki, Bakının nəzarətinə verilən Qəbələdəki “Daryal” RLS-in əvəzinə tikilməsi planlaşdırılan "Voronej” RLS Rusiyanın tabeçiliyində olacaq. Bu isə Armavirdəki RLS-in nəzarət edə bilmədiyi sahələri də diqqətdə saxlanılmasına imkan verəcək.


Rusiyada yerləşən "Voronej" stansiyası

"Voronej" stansiyası ballistik, qanadlı raketlərin və digər obyektləri aşkar etməkdə ən güclü hesab edilən RLS-lərdəndir. Stansiya rahat şəkildə 6 kilometr horizontal, 8 kilometr vertikal ərazini rahat şəkildə izləyə bilir. Bununla yanaşı 500 hava obyektinə nəzarət edə bilmə qabiliyyətindədir.

Leninqrad vilayətində yerləşən "Voronej" stansiyası Şpitsbergendən Mərakeşə qədər ərazini və ABŞ-ın şərq sahillərini nəzarət edə bilir. Armavirdəki RLS isə Cənubi Avropadan Şimali Afrikaya qədər ərazini izləyə bilir.


"Voronej" stansiyası 500 hava obyektinə nəzarət edə bilir.

Xatırladaq ki, Qəbələdəki “Daryal” tipli RLS-in icarə müddəti 2012-ci ilin dekabrında bitib. Azərbaycan və Rusiya arasında stansiyanın icarə müddətinin uzadılmasına dair xeyli müddət danışıqlar aparılsa da tərəflər razılaşmaya gələ bilməmişdi. Nəticədə Moskva Qəbələ RLS-i bağlamaq və stansiyadan imtina etmək qərarına gəldi.

Keçmiş Qəbələ RLS-in əmlakı və ərazisi Azərbaycan Silahlı Qüvvələrinin balansına yox, Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub.

"Rossiya 24" telekanalına müsahibə verən prezident İlham Əliyev Qəbələ RLS-i bağlanmasına münasibət bildirmişdi. 

Prezident bəyan etmişdi ki, Qəbələ RLS məsələsi Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlərində heç bir narahatlıq yaratmayıb və yaratmır.


Qəbələ RLS

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024