Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-08-2015, 23:32)
Almaniyanın antitürk siyasəti - AKTUAL

Hər adi məsələyə görə Azərbaycanın daxili işlərinə qarışan Berlin indi də Türkiyə ilə düşmənçilik aparır


Azərbaycanda planlarını həyata keçirə bilməyən Almaniya və ABŞ indi də qardaş Türkiyədə təxribata əl atmağa çalışır. Elə dünən yayılan xəbərlərə əsasən, Almaniyanın müdafiə nazirliyi Vaşinqtonun razılığını alandan sonra Türkiyənin cənubunda yerləşdirilmiş "Patriot" raketlərini və bu qurğunu idarə edən 250 alman hərbçini vətənə çağırıb. 
Xatırladaq ki, Almaniya, ABŞ və Niderland "Patriot raketlərini 2013-cü ildə NATO-nun üzvü Türkiyənin xahişinə əsasən Suriya ilə sərhədlərini möhkəmləndirmək üçün bu ölkədə yerləşdirmişdilər. Niderland korpusunun missiyası bu ilin əvvəllərində başa çatdıqdan sonra onu İspaniya hərbçiləri əvəz etmişdilər.
Bu yerdə onu da vurğulayaq ki, Vaşinqtondan səslənən bəyanata görə, NATO-nun Türkiyədə daha geniş missiya yürütməsi məqsədilə 2013-cü ildə yerləşdirilmiş "Patriot" raketləri təkmilləşdirilmək üçün Birləşmiş Ştatlara aparılacaq. Vaşintonun bəyanatda o da deyilir ki, ABŞ və NATO Türkiyənin təhlükəsizliyinin və regional sabitliyin qorunması məqsədlərinə sadiq olaraq qalırlar. "Əgər ehtiyac olarsa, raketlər bir həftə ərzində Türkiyəyə qaytarıla bilər", - bəyanatda vurğulanır.
Almaniyanın müdafiə naziri Von der Leyen isə bildirib ki, Türkiyəyə yönələn hədənin xarakteri son aylarda xeyli dəyişib və bu səbəbdən də hava hücumundan müdafiə sisteminin orada qalmasına ehtiyac yoxdur. O bildirib ki, "Patriot" raketləri və ona xidmət edən 250 alman hərbçi Türkiyə ərazisindən yanvarın 31-dək çıxarılacaq.
Almaniyanın müdafiə naziri bildirib ki, Türkiyəyə yönələn hədənin xarakteri son aylar xeyli dəyişib. Əvvəllər Ankara üçün prezident Bəşər Əsəd təhlükə təşkil edirdisə, indi bu narahatlıq cihadçılardan gəlir, onların isə raketi yoxdur.
Bununla belə, Almaniya Müdafiə Nazirliyinin internet saytında dərc olunmuş bəyanatda bildirilir ki, Berlin bölgədə sabitliyin qorunması üçün səylərini davam etdirəcək.
Maraqlıdır ki, bir qədər əvvəl Almaniya rəsmiləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı kürd terrorçulara qarşı apardığı hərbi əməliyyatlara və Kürdüstan İşçi Partiyası - PKK ilə 2012-ci ildə bağlanmış atəşkəs sazişini pozduğuna görə tənqid edirdilər. Səbəb də o idi ki, kürd terrorçuların liderləri Almaniyada qapı-qapı gəzərək özlərinə himayədar arayırdılar. Almaniyanın federal hökumətinə təzyiq vasitəsi kimi isə onsuz da müsəlmanlara nifrət edən bəzi millətçi alman partiyalarından istifadə ediblər. Nəticəsi də gözlənilən olmuşdu. Məsələn, xarici işlər naziri Frank-Valter Steinmeir Ankaranın ünvanına belə bir fikir səsləndirmişdi: "Ərdoğan hökuməti kürdlərlə barışıq üçün çox əmək sərf etmişdi. O bu proses nəticəsində qurulmuş bütün körpülərin uçurulmasına yol verməməlidir". 
Bununla yanaşı Steinmeier siyasi məqsədini açıq-aşkar ortaya qoyaraq demişdi ki, Türkiyəni mühakimə etməyə tələsmək olmaz, çünki bu ölkə İraq və Suriyadan gələn qaçqınların yükünü öz üzərinə götürüb…
Fikir verin, alman nazirin sözü olmasın, Türkiyə 2 milyon suriyalı qaçqına sığınacaq verib və onları əlinin içində bəsləyir, amma milliyyətcə elə almanlar olan və Avropanın mərkəzində yerləşən, dünyanın ən zəngin ölkələrindən sayılan Avstriyada 4 min qaçqın küçələrdə yatıb-durur, onun-bunun qabağında əl açaraq dilənir ki, gününü başa vursun…
Almaniyanın Türkiyəyə xəyanəti indiki çətin və gərgin vaxtda "Patriot"ları geri çəkməklə bitmir, Berlin eyni zamanda dolayısı yolla PKK-nı silah-sursatla təmin edir. Amma dolayısı yolla. Çünki sirin üstü açılmasın deyə, almanlar guya İŞİD-lə savaşırlar kimi fon yaradırlar və tank əleyhinə ən müasir raketləri İraqdakı kürd peşmərgələrə göndərirlər. Xüsusilə də "Milan" raketlərindən son vaxtlar PKK tərəfindən istifadə olunması Ankaranı hərəkətə keçirib. Çünki NATO-nun keyfiyyət meyarları əsasında istehsal olunan zirehli maşınların PKK terrorçuları tərəfindən vurulması türk hərbçiləri düşündürməyə bilməzdi.
Sonda məlum olur olur ki, Almaniyanın peşmərgələrə verdiyi tank əleyhinə "Milan" raketləri və partlayış gücü böyük olan "DM51A1" markalı əl bombaları bu gün PKK terrorçularının istifadəsindədir. Hətta iş o yerə çatıb ki, Almaniyanın "Der Spiegel" jurnalı da "Almaniyanın peşmərgəyə göndərdiyi silahlar PKK-nın əlinə keçdi" başlığı altında məqalə dərc edib. 
Hətta iki gün əvvəl "Spiegel TV" Adana zibilliklərinə atılmış, istifadə olunmuş "Milan" raketlərinin qutularını lentə alaraq Almaniyada yayımlamışdı. 
Xatırladaq ki, Almaniya-Fransa ortaq istehsalı olan "Milan" raketləri 1970-ci ildən istehsal edilir və müasir tankların zirehini dağıtmaq məqsədi güdür. İki min metr məsafəni vuran adıçəkilən raketlə hətta alçaqdan uçan helikopterləri də vurmaq mümkündür… Almaniyanın Ankara ilə açıq müstəviyə çıxan düşmənçiliyi "Patriot"ları geri aparmaqla başa çatmır, son günün ən önəmli xəbərlərindən birində deyildiyi kimi, keçmiş prokurorlar, Fətulllah Gülən komandasının liderlərindən və "17 dekabr" çevrilişinə cəhdin əsas təşkilatçılarından olan Zəkəriyyə Öz və Cəlal Karaya sığınacaq verməsi də də düşündürücüdür. Türkiyə sərhədlərini keçərək Gürcüstana, oradan isə Ermənistana qaçan adıçəkilən cinayətkarlar, iş burasındadır ki, İrəvan tərəfindən də qəbul edilməyib və nəticədə onlar Almaniyaya sığınıblar. 
Yeri gəlmişkən, son məlumatlara görə, Zəkəriyyə Öz və Cəlal Kara Almaniyanın Ulm şəhərindəki üçulduzlu "InterCity" otelində qalırlar. 
Əlavə edək ki, şəhər mərkəzində, bələdiyyə idarəsinitn yanında və dünyada ən böyük xristian ibadət mərkəzi sayılan Ulmer Münster (Kafedral) kilsəsinin yaxınlığında yerləşən bu oteldə adıçəkilən keçmiş prokurorlar bir gecəsi 92 avroya qalırlar. 
Fətullah Gülən siyasətinin icraçıları olan bu şəxslər hesab edirlər ki, Almaniya onları heç vaxt türk məhkəməsinə təhvil verməyəcək və ona görə də bu ölkəni seçiblər.
Amma Türkiyənin Almaniya ilə münasibətlərində soyuqluğun yaranmasına bir-iki gün əvvəl çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan da dolayısı ilə eyham vurdu. O, Almaniya hökumətinin Zəkəriyyə Özlə Cəlal Karanı mütləq Ankaraya iadə edəcəyinə əmin olduğunu demişdi. Amma sonra da vurğulamışdı ki, verməsələr Türkiyədə olan və Almaniya tərəfindən axtarılan kimsələr Berlinə göndərilməyəcək. Necə deyərlər, iki tarixi müttəfiq arasında "soyuq savaş" başlayıb…

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024