Siyasət / Slayd (17-08-2015, 13:14)
Yeni komitə sədriylə sabiq deputatın keçmişə söykənən davası...
Nizaminin sabiq icra başçısı Tahir Budaqovun Statistika Komitəsinin sədr təyinat olunması, onun keçmişi ilə bağlı məqamları mətbuatın gündəminə gətirib.
Mia.az xəbər verir ki, Tahir Budaqov vaxtı ilə YAP-ın informasiya və təbliğat sisteminin yaranmasında və inkişafında müstəsna xidmətləri olan sabiq millət vəkili Eldar Sabiroğlu ilə YAP-dakı qrup davasında toqquşub. Hətta hazırkı komitə sədrinin vaxtilə həm də E.Sabiroğluna qarşı aparılan kampaniyada çox ciddi simalarda biri olduğu da iddia olunur.
Yayılan məlumata görə, vaxtilə YAP-da güclü rıçaqlara malik olan Əli Nağıyevin ən yaxın adamı kimi tanınan və qruplaşmanın fəal üzvü olan T.Budaqov keçmiş sosial və əmək nazirinin, necə deyərlər, ölkə mətbuatında müvəkkili rolunu oynayırmış. Ə.Nağıyevin həmyerlisi və onun himayədarlığı altında yetişən hazırkı komitə sədri mətbuatda sabiq nazirin əleyhinə yönəlmiş məqalə və yazıların, informasiyaların qarşısını almaq üçün xüsusi canfəşanlıq göstərirmiş:
Eldar Sabiroğlu
"Bu, o zamanlara təsadüf edir ki, Əli Nağıyev və Əli İnsanov arasında gedən şiddətli siyasi mübarizə düşmənçilk səviyyəsinədək gəlib çıxmışdı. Onların mətbuat vasitəsilə bir-birilərinə qarşı atəş yağdırdıqları və bu münasibətin vaxtilə YAP-ın özünə də mənfi təsir göstərməsi bugünədək unudulmayıb. Əli Nağıyevlə Əli İnsanov arasında gedən mübarizədə əgər birincinin mətbuatdakı əsas təçkilatçısı Tahir Budaqov idisə, ikincinin tərəfini saxlayan və onun tapşırığı ilə mətbuatda YAP sədrinin müavininə qarşı gedən yazıların arxasında Eldar Sabiroğlu dayanırdı. Hətta buna görə, E.Sabiroğlu Əli Nağıyevsevərlər tərəfinfən təqib olunmağa başladı. Deyilənə görə, hətta onu iş otağına belə buraxmırdılar. Naticədə E.Sabiroğlu həm partiyadakı vəzifəsindən xüdahafizləşdi, həm də onun deputatlığına son qoyuldu. Bunun da əsas səbəbi YAP qərargahında Əli Nağıyevi müdafiə edənlərin kəskin üstünlük təşkil etməsi idi. Sonuna qədər Əli Nağıyevə sadiq qalan T.Budaqovdan fərqli olaraq, E.Sabiroğlu Əli İnsanovdan lazımi dəstəyi ala bilmədi və beləliklə, meydanda tək qalaraq mövqeyini itirdi".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024