Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (14-08-2015, 09:41)
Ermənistana qaçdığı deyilən türk prokurorların yeri bilindi

Ermənistana qaçdıqları deyilən türk prokrorlar Zəkəriya Öz və Cəlal Qara barədə polisin apardığı araşdırmaları nəticəsində yeni detallar üzə çıxıb. 


ANS PRESS-in məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, onlar Ermənistana deyil, Ukranyaya qaçıblar. Polis prokurorların Ukranyanın paytaxtı Kiyev şəhərindən 100-150 km uzaqlıqda bir dağ evində olduqlarını bildirib. 

İki prokuror haqqında həbs qərarını məhkəmə işçilərindən birinin Zəkəriya Öz və Cəlal Qaraya dediyi məlum olub. Onlar həbs olunacaqlarını bir gün əvvəldən bildikləri üçün rahat şəkildə maşına oturub, Sarp sərhəd keçid məntəqəsinə gəliblər. Avtomobili Zəkəriya Özidarə edib. Prokurorlar eyni rəngdə geyiniblər və şapqa ilə eynəkdən də istifadə ediblər. 

Türkiyə höküməti prokurorların ölkəyə geri qaytarılması isitqamətində Ukrayna ilə danışıqlar aparır.

Xatırladaq ki, keçmiş prokurorlar Zəkəriya Öz və Cəlal Qaranın Gürcüstandan keçərək Ermənistana qaçdıqları haqqında məlumatlar yayılmışdı. Bu haqda mətbuata Artvin şəhərinin valisi Kəmal Cirit məlumat verib. 

Valinin sözlərinə görə, prokurorlar barələrində həbs qərarı çıxmamışdan əvvəl onların Sarp sərhəd keçid məntəqəsinə gəldiklərini və buradan sərbəst şəkildə keçdiklərini bildirib.


Zəkəriya Öz və Cəlal Qara

Keçmiş prokurorlar barədə silahlı birləşmə yaratma ittihami ilə cinayət işi açılıb. Prokurorların ölkədən qaçmaları kameraya düşmüşdü.


Yayılan məlumatlardan sonra Ermənistan tərəfi açıqlama verərək prokurorların ölkəyə daxil olmaları haqqında heç bir məlumatlarının olmadıqlarını bildirib.

Ölkədən qaçanlarla bağlı məsələyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “paralel dövlət” qurmaq istəyənlərdən 100 dən çox üzvünün xaricə qaçdığını söyləyib.

Ərdoğan bəyan edib ki, qaçanların hər birinin izinə düşülüb və onların hamısının yaxasından tutub ölkəyə qaytaracağıq. Dövlət çevrilişinə cəhd maddəsiylə ittiham olunan prokuror Zəkəriyyə Öz mayın 12-də tutduğu vəzifədən kənarlaşdırılıb.

Xatırladaq ki, 2013-cü ilin dekabrın 17-də Baş prokurorluğun göstərişi ilə Türkiyə polis idarəsinin Maliyyə cinayətlərinə qarşı şöbəsinin keçirdiyi əməliyyat nəticəsində korrupsiya ittihamı ilə 47 nəfər o cümlədən, Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyi, Mənzil Tikinti Nazirliyindən olan bir neçə rəsmi, türk nazirlərin bir neçə övladı saxlanılmış, həmçinin daxili işlər naziri Müəmmər Gülər və iqtisadiyat naziri Zəfər Çağlayan istintaqa cəlb olunmuşdu. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024