Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (31-07-2015, 12:57)
Cahangir Əsgərovun bileti “kəsilir” - AZAL prezidenti hakimiyyətdəki ən ciddi dayağını da itirdi

Prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin iclasında AZAL-ı sərt tənqid etməsindən, aviabiletlərin qiymətlərinin süni şəkildə qaldırıldığını deməsindən sonra Cahangir Əsgərovun özünü xilas etmək üçün çabaları onu düşdüyü vəziyyətdən xilas edə bilməyib. Demək olar ki, hər gün AZAL-la bağlı mediada yazılar dərc olunur, şirkət rəhbəri Cahangir Əsgərovun fəaliyyəti hakimiyyətə yaxın deputatların ciddi tənqidinə tuş gəlir. Hərdən elə təəssürat yaranır ki, uzun illərdir ki, özünü “göyləri kralı” hesab edən şirkət rəhbərinin vurulması üçün sanki bir yerlərdən düyməyə basılıb. 

İyulun 29-da ATV-nin əsas xəbər buraxılışında “AZAL-ın bilet fırıldağı” başlığı ilə təqdim edilən geniş araşdırma materialının yayımlanması C.Əsgərovun taleyinin indi yalnız prezidentin bir imzasından asılı vəziyyətə düşdüyünü göstərdi. 

ATV-nin hakimiyyətdəki ikinci soyada yaxın olduğunu nəzərə aldıqda, bu o deməkdir ki, C.Əsgərov iqtidar daxilində ən ciddi dəstəyini də itirib. İddialara görə, C. Əsgərovun məlum dəstəkdən məhrum edilməsinin əsas səbəblərindən biri qiymətlərin qaldırılması barədə iradlara AZAL-ın “Avropa Oyunlarına idmançıları pulsuz gətirmişik” izahatı olub. Bu, iqtidarın son illər ən uğurlu projesi olan Avropa Oyunlarına “kölgə salmaq” kimi dəyərləndirilib və C.Əsgərovun özünün, necə deyərlər, “bileti kəsilib”. 

C.Əsgərovun hədəfə gəlməsinin daha bir mühüm səbəbi AZAL-ın vergi ödəmələrində maliyyə maxinasiyalarına yol verməsidir. Məlum olub ki, AZAL-ın 2014-cü il üçün vergi ödənişləri 29.7 milyon manat hesablansa da, faktiki ödəniş 14.6 milyon manat olub. Ölkənin ən gəlirlə işləyən sahələrindən biri olan AZAL-ın vergi ödəmələrində “borclanması” hakimiyyətdə C.Əsgərovla bağlı ciddi şübhələr yaradıb. Üstəlik, nə qədər qəribə səslənsə də, AZAL-ın rəsmi qeydiyyata düşməyən “qaçaq uçuşlar” həyata keçirməsi barədə də hakimiyyətə məlumatlar daxil olub. 

Təsadüfi deyil ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev ötən həftə keçirdiyi mətbuat konfransında AZAL-la bağlı da məsələyə toxunub. “AZAL-ın bilet qiymətləri ilə bağlı əsaslı şikayət olarsa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ümumi qaydada araşdırma aparıla bilər” deyə, idarə rəisi bildirib. Kamran Əliyev bu açıqlaması ilə Cahangir Əsgərovun “toxunulmazlıq” statusunu itirdiyinə işarə etmiş oldu.

AZAL prezidentinin mövqelərinin sarsılması onun əzəli rəqiblərini də hərəkətə keçirib. Məlumdur ki, AZAL ölkə başçısının 5 avqust 1998-ci il tarixli 743 saylı fərmanı ilə yaradılan Nəqliyyat Nazirliyinin strukturuna daxildir. Amma bu illər ərzində AZAL rəhbəri Nəqliyyat Nazirliyinin kollegiya iclaslarında iştirak etməyib. Halbuki Əsasnaməyə görə, Nəqliyyat Nazirliyinin kollegiya iclaslarında quruma daxil olan digər strukturlar kimi, AZAL rəhbəri də iştirak etməlidir. C.Əsgərovun, bu, yumşaq desək, sayğısızlığını nəqliyyat naziri Ziya Məmmədov heç vaxt həzm etməyib. 

Nəqliyyat Nazirliyi AZAL-ın işinin tənzimlənməsi prosesindən tam kənarlaşdırılıb. Bununla barışa bilməyən Z.Məmmədov bir neçə dəfə məsələ qaldırsa da, C.Əsgərovun “qoruma altında olması” nazirin istədiyi nəticəni verməyib. Məlumatlara görə, bu səbəbdən uzun illərdir ki, nazirlə AZAL prezidenti arasında münasibətlər gərgindir. C. Əsgərovun hakimiyyətin gözündən düşməsi onun rəqibləri sırasında ən çox Z. Məmmədovu sevindirib. 

C. Əsgərovun “vurulmasının” səbəbləri sırasında onun baş nazirin keçmiş I müavini Abbas Abbasov və yəhudi əsilli milyarder Telman İsmayılovla dostluğunu hələ də davam etməsi ola bilər. Xatırladaq ki, Cahangir Əsgərov vaxtilə “AST Telman”ın ad günündə ona üstü brilyant qaşlarla bəzədilmiş çox bahalı hədiyyə etməsi ilə yadda qalmışdı. 

Belə görünür ki, C.Əsgərov ona göstərilən yüksək etimaddan çox sui-istifadə edib ki, hakimiyyət belə “göylə getmələri” daha ona bağışlamır. 

“Yeni Müsavat”

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024