Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (13-07-2015, 17:58)
“Avropa dərin iqtisadi və mənəvi böhran içərisindədir” - Azərbaycan prezidenti

 

“Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur, biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”

“Bu ilin 6 ayının yekunları çox müsbətdir və Azərbaycan uğurla inkişaf edir”.

Mediatv.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib deyib ki, son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb, sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 1 faizdən çox artıb: “Ölkədə infilyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub, kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub. Hazırda dünyanın müxtəlif yerlərində xoşagəlməz proseslər müşahidə edilir, Yaxın Şərqdə qanlı toqquşmalar dayanmayıb, Avropa dərin iqtisadi və mənəvi böhran içərisindədir, bütün bunlar bizi düşünməyə vadar edir. Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur, biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”.

Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıqda da Azərbaycanın milli maraqları əsas götürülür.

APA 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024