Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (20-06-2015, 18:12)
"Hakimiyyət yox, təkrar seçki istəyirik" - Dövlət Baxçalıdan qəribə tələb

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ölkədə oktyabrın 15-də növbədənkənar seçki keçirilməsini təklif edib.


Bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun onunla birlikdə koalisiya hökuməti qurmaq təklifinə münasibət bildirərkən deyib.

MHP sədri vurğulayıb ki, onlar kiçik hədəflərin ardınca getmirlər: “Cənab Kılıçdaroğlu baş nazir postunu mənə verməyə hazır olduğunu deyir, amma biz kiçik hədəflərin ardınca qaçan partiya deyilik. Biz buna razı deyilik və Kamal bəyin bu təklifini düzgün hesab etmirik”.

D.Baxçalı birinci koalisiya modelinin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Xalqların Demokratiya Partiyası (HDP) olduğunu vurğulayıb: “Mən bu hökumətə güvənmərəm, amma millətin rəyi nəticəsində koalisiya yaradılırsa, bir-birinə uyğun olmalıdır. Bu oyunu AKP ilə HDP oynayır. MHP olaraq isə biz iqtidarda deyil, ana müxalifətdə olmaq istəyirik”.

HDP-ni PKK terror təşkilatının siyasi qolu sayan partiya sədri növbədənkənar seçkinin keçirilməsi üçün tarix də göstərib: “Əgər yenidən seçki olsa, onu dəstəkləyirik. Ölkədə hökumət böhranı baş versə, ən düzgün yol millətin rəyinə müraciət etməkdir. Məncə, ən uyğun vaxt 15 noyabrdır. Hamı istəyirsə, biz də istəyirik”.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024