Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-05-2015, 18:45)
BAXCP ilə bağlı mühüm qərar

 

Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqının Londonda keçirilən toplantısında partiyanın qurumun üzvlüyünə namizədliyi barədə qərar qəbul edilib

 

Mediatv.az-ın məlumatına görə, bu gün Londonda Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqının illik konqresi keçirilib. Konqresdə İttifaqa yeni siyasi partiyaların qəbulu, quruma üz olan siyasi partiyaların təmsil etdiyi ölkələrdə keçirilən və keçiriləcək seçkilərlə bağlı müzakirələr aparılıb.
Bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının mətbuat xidmətinə Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqının (AMİİ) illik konqresində iştirak üçün Londonda səfərdə olan BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.
BAXCP sədri qeyd edib ki, illik konqresdə Azərbaycan, İspaniyan və Monteneqronu təmsil edən siyasi partiyaların AMİİ-yə üzlüyə namizəd kimi qəbul olunması məsələsinə baxılıb. 
Konqresdə BAXCP ilə bağlı təqdimat edən Qüdrət Həsənquliyevin sözlərinə görə, partiyanın Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqına üzvlüyü müsbət qarşılanıb və qurum üzvlərinin yekdil qərarına əsasən BAXCP AMİİ üzvlüyünə namizəd kimi qəbul olunub. 
BAXCP sədri bildirib ki, partiyanın İttifaqa tamhüquqlu üzvlüyü barədə yekun qərar AMİİ-nin noyabrın 14-də Tunisdə keçiriləcək toplantısında  veriləcək.
Toplantıya qədərki 6 ay ərzində İttifaq rəsmiləri Azərbaycana səfər edəcək, BAXCP-nin fəaliyyəti ilə yaxından tanış olacaq, qarşılıqlı əlaqələrin inkişafı üçün müzakirələr aparacaqlar. 
Qeyd edək ki, Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqına üzvlüklə bağlı qaydalara uyğun olaraq, quruma üzvlüyü barədə müsbət rəy verilən siyasi partiyalar öncə üzvlüyə namizəd kimi qəbul olunurlar. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024