Mediatv.az-a bu barədə Abşeron rayon Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, qətlə yetirilən körpə anası ilə birlikdə Xırdalan şəhərində kirayədə yaşayıb. Əslində isə onlar Ağsu rayon sakinləridir.
APA-nın məlumatına görə, uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E. Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib. Saxlanılan şəxsin azyaşlının anası ilə qeyri-rəsmi nikahda olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.