Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (1-08-2016, 11:49)
Ərdoğanı öldürməyi hədəfləyən qrupun 11 üzvü tutuldu

Ərdoğanı öldürməyi hədəfləyən qrupun 11 üzvü tutuldu

 

Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd günü Marmarisdə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə sui-qəsd təşkil etmək istəyən hərbiçilər bu gün tapılıb.

 

Mediatv.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata görə, Ərdoğanın Marmarisdə qaldığı otelə hücum təşkil etdikdən sonra qaçan qiyamçı əsgərlərdən 9-u gecə saatlarında Muğlanın Ula rayonunda, 2 fərari əsgər isə bu sabah ələ keçirilib.

 

Beləliklə, tutulan fərari əsgərlərin sayı 11-ə çatıb. Ələ keçirilə bilməyən sonuncu fərari əsgər  Burkay Qaratəpənin isə 11 nəfərlik qrupdan ayrı hərəkət etdiyi və başqa bir bölgədə gizləndiyi iddia edilir.

 

Xüsusi əməliyyat bu gecə qiyamçı əsgərlərdən beşinin bölgədə gizlənməsinə dair daxil olan məlumat əsnasında başlayıb.

 

Axtarışlardan sonra gizlənən əsgərlərin Ula rayonuna aid olan Şirinköy məhəlləsində olduqları bilinib. Onların 5 nəfərinin su kanalında gizləndiyi aşkar olunub.

 

Səhər saatlarında isə 2 qiyamçı əsgərin bölgədəki qarğıdalı tarlasında gizlənməsi xəbəri yayılıb. Onlardan biri maşın yoluna yaxın meşəlikdəki ağaclıqda, digəri isə qarğıdalı tarlasında tapılıb.

 

Həbs olunan əsgərlər artıq paytaxt Ankaraya gətirilib və onların istintaqa cəlb olunacağı gözlənilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024