Kriminal (25-07-2016, 16:13)
İrandan gələn Azərbaycan vətəndaşlarında 90 qramdan çox heroin aşkar edilib
Hər iki faktla bağlı araşdırma aparılır
İrandan gələn Azərbaycan vətəndaşlarında 90 qramdan çox heroin aşkar edilib.
Mediatv.az-a bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin və Astara sərhəd nəzarət məntəqəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində İrandan piyada yolla gələn 2 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq qanunvericiliyin tələblərinə müvafiq qaydada onların üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı həmin şəxslərdən birinin daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 9.606 qram, digərindən isə 2 bükümdə xalis çəkisi 83.418 qram təşkil edən narkotik vasitə – heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.