Bu gün Bakıda dəhşətli qətl törədilib.
Mediatv.az xəbər verir ki, Səhər saatlarında Nərimanov rayonu, Faiq Yusifov küçəsi 42 ünvanında 1994-cü il təvəllüdlü Çobanov Emin Emin oğlu bacısı 1986-cı il təvəllüdlü Çobanova Rübabə Emin qızına çoxsaylı bıçaq zərbələri endirib. 30 yaşlı qadın hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə əməliyyat qrupları gəlib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri admiral.az saytı yayıb.