Kriminal (17-05-2016, 15:35)
Rabitə nazirliyinin sabiq əməkdaşlarının həbs müddəti uzadılıb
Bu gün Binəqədi Rayon Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq əməkdaşları “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Mediatv.az xəbər verir ki, virtualaz.org saytının əldə etdiyi xəbərə görə, adları çəkilən şəxslərinin həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Hər üç şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Qeyd edək ki, həmin şəxslər ötən ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
“Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru N.Məmmədov və Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024