Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (24-04-2016, 15:16)
Restorandakı silahlı insidentlə bağlı üç nəfər barəsində həbs qərarı verildi

Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentin iştirakçıları - Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyevin barələrində həbs qətimkan tədbiri seçilib.

Mediatv.az xəbər verir  ki, bu barədə “Report”a B.Rəfiyevin vəkili Adəm Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin barələrində üç aylıq həbs-qətimkan tədbiri seçilib.

A.Məmmədov bildirib ki, hadisə zamanı hüquqlarını müdafiə etdiyi şəxs təsadüfən “Bulaq” restoranında olub: “Bəhruz Rəfiyev restoranda nə dalaşıb, nə də söyüş söyüb. O, heç kimi vurmayıb. Bəhruz əlindən güllə yarası alıb”. Qeyd edək ki, cinayət hadisəsi aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və B.Rəfiyev tutulub. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Fotodakı şəxs barəsində həbs-qətimkan tədbiri seçilən Bəhruz Rəfiyevdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024