Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (26-05-2021, 17:53)
Kəmaləddin Heydərovun əməkdaşlıq etdiyi şirkət

Kəmaləddin Heydərovun əməkdaşlıq etdiyi şirkətlə bağlı QARANLIQ MƏQAMLAR
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası “Buxar Mühəndislik” MMC ilə maliyyə dəyəri 17 983.2 AZN təşkil edən müqavilə imzalayıb.

Reportyor.info xəbər verir ki, müqavilədə qazanxana və nasosxana avadanlıqlarına aylıq servis xidmətinin göstərilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Buxar Mühəndislik” MMC-nin 3 mart 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin Bakı şəhəri Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 25, mənzil 20-də yelrəşir. MMC-nin qanuni təmsilçisi Əli Bahadur Oktay oğludur.

“Buxar Mühəndislik” MMC Azərbaycanda GREE ticari kondisonerlərin rəsmi nümayəndəsidir. 2016-cı ildən Çin Xalq Respublikasının ən böyük və eyni zamanda istehsal gücü baxımından dünyanın ən böyük, kondisioner istehsalçısı olan “GREE Electric Appliances Zhuhai” 20 kateqoriya, 400 serialı 12 700 modellə böyük bir məhsul çeşidinə sahibdir.

“Buxar Mühəndislik” MMC-nin adı 2018-ci ildə ölüm işində hallandırılırdı. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Nizami rayonu Çobanzadə küçəsində “Buxar Mühəndislik” MMC-də yük kranı ilə qaldırılan yük təhlükəsizlik qaydalarının pozulması nəticəsində fəhlənin üstünə düşüb. Ağır xəsarət alan Məmmədrzayev Əzizağa Saatmirzə oğlu aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. MMC-nin işçiləri Məmmədov Afiq Şəmistan oğlu və Orucov Mətləb Şahniyar oğlu işə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılıb. Lakin nəticə barədə internet resurslarında hər hansı məlumat yoxdur.

Maraqlıdır ki, FHN-nin Akademiyası vaxtaşırı bu şirkətə müraciət edir. Məsələn, 2018-ci ildə qurumla MMC arasında 17 983.2 AZN, 2020-ci ildə 4 263.34 AZN dəyərində müqavilə imzalayıb. Müqavilələrdə qazanxana, nasosxana avadanlıq və mühərriklərinə texniki servis xidməti və qazanxana və nasosxana avadanlıqlarının təmiri nəzərdə tutulur.

(Hit.az)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024