Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (26-05-2021, 15:17)
Deputatın şirkətindən ağlasığmaz fırıldaq

Deputatın şirkətindən ağlasığmaz fırıldaq
“Kristal Abşeron”la bağlı şikayətlər mütəmadi olaraq gündəmə gəlir. Adətən şirkətin inşa etdiyi binalarda keyfiyyətsiz məhsullardan istifadə edildiyi deyilir. Son zamanlar isə ipoteka ilə ev alan insanlar arasında tikinti şirkəti ilə bağlı narazılıq hallarına daha çox rastlanılır. Belə vətəndaşlardan biri də Elnarə Mikayılovadır.

Yenisabah.az xəbər verir ki, Elnarə xanım 2015-ci ilin oktyabr ayında “Kristal Abşeron”dan Xırdalanda 10 illik müqavilə ilə ev alıb. İlkin ödəniş olaraq 8 min manat vəsait köçürüb, aylıq ödənişin məbləği isə 914 manat təyin edilib. Lakin dollarla bağlı devalvasiyanın yaşandığı dövrdə Elnarə Mikayılova işini itirdiyi üçün ödənişdə 2 700 manat gecikmə yaranıb. Onun sözlərinə görə, bu səbəblə “Kristal Abşeron” Elnarə Mikayılovaya kredit müddətini uzatmağı təklif edib:

“Mən də razılaşıb müddət uzatmaq üçün rəsmi müraciət elədim. Yeni ödəniş cədlvəli tərtib olundu və müddəti 20 il etdilər. 2016-cı ilin avqust ayından başlayaraq hər ay 645 manat ödədim. Həmçinin həmin vaxt mənə müddətuzatma ilə əlaqədar 2 700 manat gecikmənin 1 100 manat faizini ödətdirdilər. Bildirdilər ki, bunu ödədikdən sonra 2 700 manat əsas məbləğin üzərinə əlavə olunacaq və mən hər ay sadəcə 645 manat ödəyəcəm. Lakin bu hadisədən sonra onlar mütəmadi olaraq mənə gecikməni ödəməli olduğumla bağlı zəng vurmağa başladılar. Gedib 1 100 manat ödəniş etdiyimi və razlığa əsasən, həmin vəsaitin ümumi məbləğə əlavə olunduğunu deyib, sənədləri, təzə cədvəli göstərsəm də, heç bir tədbir görülmədi. Bir il məni həmin məbləğin gecikmə siyahısından silinəcəyini deyərək aldatdılar. Sonra isə sistemdə qaldığını, silinmədiyini bildirdilər. Daha sonra valideynlərimin sağlamlıq problemləri ilə əlaqədar istəməsəm də, mütəmadi gecikmələr baş verdi. Beləliklə, real olaraq 2 300 manat yeni gecikmə yarandı. Onlara valideynimi itirdiyimi, bu səbəblə gecikmə olduğunu bildirmişdim. Bir neçə ay sonra təkrar əvvəlki qaydada ödənişləri həyata keçirdim, hətta gecikməni bağlamaq üçün Beynəlxalq Banka 645 manatdan əlavə də vəsait köçürürdüm. Ancaq nəticə olaraq mənə 7 min gecikməm olduğunu dedilər. Sənəd olaraq isə mənə müddət uzatma zamanı silinməli olan 2 700 manatı göstərdilər. Keçən il may ayının 4-də aylıqdan əlavə 2 min manat ödəniş elədim. Həmçinin bütün pandemiya dövründə də aylıq borcları tam ödəmişəm. Onlar isə mənə “Bu ödəniş deyil”,-deyirlər”.



Həmsöhbətimiz yaranmış problemin aradan qaldırılması üçün həm Beynəlxalq Bankın bütün şöbələrinə, həm də “Kristal Abşeron”a müraciət etdiyini, lakin əsaslı açıqlamanın verilmədiyini diqqətə çatdırıb:

“Mən ay ərzində bəzən 650, bəzən 800-1000 manat ödəniş edirəm, lakin borcdan çıxmırlar, məbləği daha da artırırlar. Bu dəqiqə 5 200 manat gecikməm olduğunu deyirlər, halbuki 2 300 manatdır. Problemlərə baxan şöbə indiyədək ödədiyim bütün vəsaitin faizə getdiyini bildirir. İndiyədək 69 min manatın 36 minini ödəmişəm, əlimdə çıxarış da var, amma mənə cəmi 7 min manat köçürdüyümü, qalan pulun isə faizə çıxıldığını deyirlər. Üstəlik məhkəməyə müraciət edirlər ki, ev hərraca qoyulub satılsın. Amma onların fikrincə, tutaq ki, ev 50 minə satılsa, yerdə qalan 12 min manatı da mən ödəməliyəm. İyun ayının 2-si üçün məhkəmə təyin olunub. Lakin “Kristal Abşeron” indidən özlərindən qərar çıxarıb. Qurumun əməkdaşı Günay xanım sevinə-sevinə Elmir müəllimə məhkəmənin evin hərraca qoyulması ilə bağlı qərar verdiyini deyib. Bu barədə mənə bir şəxs məlumat verdi. Hadisə mayın 16-da baş tutub, halbuki məhkəmə iyunun 2-də olacaq. Necə ola bilər ki qərar verilsin? Bu şirkət özündən qərar çıxarır. Mənə 8 min manat təklif edirlər ki, evi onlara qaytarım. İki ildir ki, hər ay işıq borcum olmadığı halda, 3-5 dəfə işıqlarımı söndürüblər. Körpə uşaqlarım qaranlıqda qalıb. “Yandırmayacam, get, kimə istəyirsən şikayət et”,-deyirlər. Hər dəfə işığımı söndürəndə ödəniş edirəm, yandırırlar, amma o ödənişi də faizə hesablayırlar. Maraqlarının nədən ibarət olduğunu bilmirəm”.

Elnarə Mikayılova bu kimi hadisələri “Kristal Abşeron”un binasında yaşayan başqa ailələrin də yaşadığını vurğulayıb:

“Şirkətin sahibi, Milli Məclisin deputatı Ağalar Vəliyevə rəsmi məktub göndərmişəm. Hələ də cavab yoxdur. Yaxın zamanda mən oğlumu əsgər göndərəcəm. Oğlum əsgərlikdə ana-bacısının evdən çıxarıldığını eşidib özünü öldürsə, buna kim cavab verəcək? Hələ mənə əxlaqsız məsləhətlər verirlər ki, tək olmaqdansa, kimisə tapardın, ödənişini edərdi. Elmir müəllim mənə gülərək bankın mexaniki səhv etdiyini, guya borcu mənə yazmaqdansa, banka yazıldığını deyir. Əgər mənim bankla problemim varsa, niyə işığımı “Kristal Abşeron” söndürür? Halbuki heç onlarla problem yoxdur. Ötən gün “Azərişıq”a zəng etdim, oradan borcumun olmadığı və işığı onların söndürmədiyi bildirildi. Komendant mənə Kristal Abşeronun problemlərlə əlaqəli şöbəsində işləyən Günay xanımın söndürtdüyü dedi. Polisə zəng vurdum, 12 polis gəldi, işıq yanmırdı, Günay xanım isə həmin an üzə durub işığın yandığını iddia etdi. İnsanı canından bezdirirlər. Məsələnin həllini tapmaq üçün Prezident Administrasiyasına da, Mehriban Əliyevaya da məktub göndərmişəm. Xahiş edirəm, bu məsələ işıqlandırılsın, bir tədbir görülsün”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024