Karusel / Slayd (25-05-2021, 19:00)
“AZAL “sildiyi” pulları geri qaytarmalıdır” - ÇAĞIRIŞ
Koronavirus pandemiyasının mənfi təsirinin azaldılması məqsədilə həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə ayrılan vəsaitlərin təhlili ilə bəzi təşkilatlar tərəfindən bu vəsaitlərin kənar məqsədlərə istifadəsi hallarına yol verilib. Dəstək məqsədilə ayrılmış büdcə vəsaitlərindən vergi borcları, həmçinin kreditor borcların ödənilməsi və s. məqsədlərlə istifadə olunduğu, həmçinin, pandemiya ilə mübarizəyə xidmət etməyən istiqamətə də vəsaitin yönəldildiyi müəyyən edilib.
Bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əks olunub.
Rəydə qeyd olunub ki, “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) nəzərdə tutulmuş 230,9 mln. manatın 215,5 mln. manatı AZAL-a, 15 mln. manatı isə Milli Aviasiya Akademiyasına ödənilib.
İqtisadçı-ekspert Ruslan Atakişiyev “Sherg.az”a bildirib ki, pandemiya ilə bağlı olaraq 2020-ci il dövlət büdcəsindəki ayırmalar əmək müqaviləsi bağlanmış şəxslərin işdən azad olunmasına dair sosial ödəmələr verilib:
“Bu da 4 ayı əhatə edirdi. Prosedur qaydalarına görə, dövlət tərəfindən əmək haqqı fonduna yönəldilmiş yardım və dəstəklər müəssisə tərəfindən digər xərclərə yönəldilə bilməz. Belə olduğu halda həmin vəsait geri qaytarılmalıdır. Səhmlərin və payların böyük hissəsi dövlətə məxsus olan şirkətlərə pandemiya ilə bağlı olan dəstəklər sırf həmin istiqamətə xərclənməlidir. Ona görə də vəsaitlərin xərclənməsindəki yayınmalar mütləq üzə çıxarılır və bunun üçün tədbirlər görülür”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024