Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (23-10-2020, 08:47)
Qəbələnin icra başçısı bunu görmür? - GİLEY


Qəbələnin icra başçısı bunu görmür?
...Qəbələ rayonunun Vəndam qəsəbəsində (sentyabrın 30-da) qəbristanlığın dağıdılaraq yerində mağazaların tikilməsi haqqında bir yazımız getmişdi. Yazıdan bir aya yaxın vaxt keçdi. Bu vaxt içində, yerli hakimiyyət orqanlarının, öz səhvlərini anlayaraq aradan qaldıracaqlarını gözləyirdik. Düşünürdük ki, dövlətdən əmək haqqı alan məmurlardan heç olmazsa biri yazıda göstərilmiş faktlara reaksiya verər, bu vandalizm aksiyasına qarşı hansısa tədbirlər görər. Tam əksinin şahid olduq. Yerli hakimiyyətin nümayəndələri nəinki səhvi düzəltmək haqqında düşündülər, əksinə, həqiqətlərin inkarı yolunu tutdular. Məzarlığın yerində əlavə iki mağazanın da tikilməsinə başlanıldığı xəbərini aldıq...
***
Araşdırarkən məlum oldu ki, yeni tikilməyə başlanan mağazalardan birinin sahibi Vəndam qəsəbə bələdiyyəsinin başçısı Asif Həşimovdur. Başqa mağazanın sahibi isə köhnə AXC-li, bir zamanlar Qəbələ RİH başçısının birinci müavini vəzifəsində çalışmış Aslan Dəmirovdur. Aslan Dəmirovla görüşümüz sırf təsadüfdən baş verdi. Biz, İsmayıllıya gedirdik, o, isə Vəndama, evlərinə. Yolüstü onu da avtomobilimizə götürdük. Söhbətimiz də elə yolda baş tutdu. Dəmirovla bir-birimizi lap AXC hakimiyyəti dönəmindən də qabaq tanıyırdıq. O zamanlar Dəmirov öz alovlu çıxışları ilə hakimiyyətə gəldikdən sonra Qəbələ camaatını tək meşələrdəki cır əzgillərin emalı ilə firavan yaşadacaqlarını iddia edirdi. Camaat da buna inanmışdı. Hakimiyyətə gələn kimi Aslan müəllimin ilk işi kəndçisi İlham Bağırovu Qəbələ Meşə Təsərrüfatı idarəsinə müdir gətirmək oldu. Rayon meşələrinin kütləvi talanı da elə İlham Bağırovla başladı. Bu, o İlham Bağırovdur ki, Aslan müəllimdən fərqli olaraq, hələ də hakimiyyət kürsüsündə yerini qoruyur. Vəndam qəsəbəsində İcra nümayəndəsi olan İlham müəllim AXC-nin son günlərində yerini YAP-a dəyişdi. Hazırda da Vəndam qəsəbəsinin icra nümayəndəsidir...
Qəbələnin Vəndam qəsəbəsində tarixi məzarlıqda dükan tikdirənlər kimlərdir?


Başçının sabiq birinci müavini olan Aslan Dəmirov şəhid Türk əsgərlərinin məzarlarını hansı mənəvi haqla öz bağına qatıb???

...Aslan müəllim məlum qəbristanlıqla qonşuluqda yaşayır. Hətta o, qəbristanlıqdan öz ölüsünün qəbrini köçürməyə nail olmuş tək adam da odur. Anasının məzarını oradan necə köçürdüyünü də bizə elə özü, yolda ikən danışdı. Cavan yaşlarında vəfat etmiş anasının qəbrini başqa yerə köçürən Aslan müəllim, çox hay-küy salaraq həmin yerdən bir parçanı öz bağına qatmağa da nail olub. Elə şəhid Türk əsgərlərinin məzarları da onun bağına qatılan hissədə yerləşirdi. Qəbirlərin yerində tikilməkdə olan mağazalar cərgəsində bir mağaza tikmək işində yəqin ki, əski dostu İlham müəllimin köməyi az olmayıb. Necə deyərlər, keçmiş yaxşlıq itməyib. Dünən İlham Bağırov Aslan müəllimin qarşısında farağat dururdu, bu günsə Aslan müəllim İlham müəllimə eyni “hörməti” göstərməkdədi.
Yol yoldaşlığı zamanı elədiyimiz söhbətimizdən anladıq ki, Aslan müəllim, qəsəbə rəhbərliyinə (bir müəllimi kimi) boş dayanmayacağına söz verib. Hazırda özü və həyat yoldaşı el arasında ciddi təbliğat apararaq sübut etməyə çalışırlar ki, həmin qəbristanlıq ərazisi əslində, Aslan müəllimin babasına məxsus imiş. Mağazalar tikilən yerlərdə məzarlıq-falan da olmayıb. Türk əsgərlərin bu kəndə heç ayağı da dəyməyibmiş.
Aslan müəllim mənə qəbristanlıq, şəhid əsgərlər haqqında bilgiləri vermiş ağsaqqal və ağbirçəkləri “uşaq, xəstə, dəli” adlandırdı. Şəxsən mən onun bu hərəkətlərinə heç təəccüblənmədim də. Şəxsi marağına xidmət edən adamlardan hər şey gözlənilir. İlham və Asif ağaların “haqq işi” yolunda ciddi təbliğat aparanlardan biri də Vəndam jurnalisti, Vəndamın məşhur “Vedrə bazarı”nın sahibi Valeh Əzizov oldu. Valeh Əzizov “Qəbələ Press.İnfo” saytının sahibidir.
Valeh müəllimlə (öz istəyi ilə) Qəbələli tanınmış jurnalist Nazlı Ağayevanın iştirakı ilə “Heydər Əliyev” adına parkda görüşdük. Valeh müəllim ilk söhbətdə mənə bu bilgini vermiş yaşlı xanımı “xəstə, gəlmə” adlandırdı. Orada qəbir-falan olmadığını, ümumiyyətlə, İslam dininə görə məzarların itməsinin lazım gəldiyini söylədi.
Valeh müəllim Qəbristanlıqdakı məzarların üzərinə (mağazalar tikilməzdən öncə) tonlarla torpaq daşınılıb töküldüyünü, bunu təmənnasız olaraq öz bağından verdiyini dedi. Söhbət edərkən tez-tez əsəbiləşən Valeh müəlim, qəbristanlıq haqqında məndən çox qabaq Qəbələ Rİ hakimiyyətinə məlumat verdiyini də söylədi. Valeh müəllimin bütün söylədiklərini buraya yazmağı doğru hesab etmədim, ancaq o da əslində mənim dediklərimi daha öncələrdən bildiyini söyləyirdi.
Görüşümüzdən bir gün sonra isə bizim araşdırmalarımızı təkzib edən bir məqalə ilə Vəndam qəsəbəsinin qəbirdağıdanlarına dəstək oldu.
Bir aylıq müşahidələrimdən anladım ki, Qəbələ rayonunda bu hadisəylə maraqlanmalı olan bütün vəzifəlilər qarşılarına bir məqsəd qoyublar - orada Türk şəhidlərinə aid məzarların olmasını inkar etsinlər. Bu arada adını çəkmək istəmədiyim vəzifə sahiblərindən biri “ürəyi yananlıqla” mənə “bax ha, özünü yandıracaqsan…” deyə, ağıllı olmağımı, yəni bu məsələlərə qarşımamağımı məsləhət gördü. Belə anladım ki, acından ölmüş vəndamlıların qəbirləri bunlar üçün boş şeymiş. Onlara heç bir sayğı gərəkmirmiş. Yəni, əgər o qəbristanlıqda Türk əsgərlərinin məzarı yoxdursa, yerli insanların məzarlarını dağıdıb yerində ticarət obyektlərini tikmək olarmış. Ona görə də orada məzarların olub-olmamasından daha çox Türk əsgərlərinin məzarının olmamasını isbatlamağa çalışırlar. Gözümün qarşısına işğal olunmuş Qarabağ, orada ermənilərin darmadağın etdikləri qəbristanlıqlarımız gəldi. Bir də bu vandalizm aktlarını Dünyaya car çəkib haray salan Azərbaycan höküməti. Qəbir dağıdan ermənilərlə qəbristanlıqda ticarət obyektləri tikən “azərbaycanlıların” görəsən fərqi nədədir?!
***
Bütün bunları gördükdən sonra anladım ki, səsimi daha yüksək instansiyalara çatdıra bilməyəcəm. Mərkəzə gedən bütün yolları yerli hakimiyyət strukturları çox ciddi şəkildə qapadıb. Bunların etdiklərinin cəzasız qalacağı hissi məni çox üzürdü. Türkiyə Cümhuriyyətindəki dostlarımla bağlantı qurdum. Məqaləmi Türkiyə türkcəsinə çevirtdirdim. Gənc bir Türkiyəli jurnalisti Vəndama apararaq oradan reportaj hazırlamasını təşkil etdim. Çox yaxınlarda, Vəndam məzarlığındakı vandalizm haqqında xəbərlərin səsinin artıq Türkiyədən gələcəyini gözləyirəm. Əminəm ki, Türkiyədən gələn səsin bizim dövlət strukturlarımıza çatmasının qarşısını Qəbələnin yerli orqanları ala bilməyəcək.
Şahin Cavadov, Xəbərfakt.İnformasiya agentliyinin büro rəhbəri
Qəbələ şəhəri.
“Təzadlar” qəzeti

Qəbələnin icra başçısı bunu görmür?
Qəbələnin icra başçısı bunu görmür?
Qəbələnin icra başçısı bunu görmür?

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024