Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-10-2020, 20:32)
Azad olunmuş ərazilərdə meliorativ tədbirlərə başlanıldı

 Şanlı Azərbaycan Ordusu tərəfindən sentyabr ayının 27-dən başlayan əks-hücum nəticəsində işğal altında olan bir sıra şəhər və kəndlərimiz azad olunub. Azad olunan ərazilərdə artıq meliorativ tədbirlər görülməyə başlayıb.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən "Mediatv.az"-a verilən məlumata görə, ərazilər azad olunandan sonra ilk olaraq Səhmdar Cəmiyyətin Beyləqan Subartezian Quyularının İstismar İdarəsi Cərbayıl rayonun Daşkəsən kəndindəki subartezian quyusunu təmir-bərpa edib.
Erməni faşistləri tərəfindən yararsız hala salının subartezian quyusu tam işlək vəziyyətə gətirilib. Bərpa işləri zamanı subartezian quyusuna kabel, nasos, boru, elektirik və mühafizə şiti qurulub. Mühafizə çəpəri çəkilib və rənglənib.
Qeyd edək ki, subartezian quyusu təxminən 3-4 ha ərazidə yerləşən binaları su ilə təmin edir.
Xatırladaq ki, ümumilikdə 654 subartezian quyusu işğal altında idi.
“Əminik ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusu torpaqlarımızı erməni qəsbkarlarından tam şəkildə işğalından azad edəcək. Qələbədən sonra uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tərazlığın bərpa edilməsinə təminat yaranacaq. Biz əminik ki, tezliklə Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində həmin ərazilərdə bütün su təsərrüfatı obyektlərimiz yenədən təmir-bərpa olunacaq, torpaq və su istifadəçilərinin ixtiyarına veriləcəkdir. Bundan sonra biz həmin ərazilərdən daha bol məhsul əldə edəcəyik”, deyə məlumatda deyilir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024