Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (28-06-2018, 08:11)
GDU-NUN TARİX-COĞRAFİYA FAKÜLTƏSİNDƏ BİABIRÇILIQ

   

 Mediatv.az-ın elektron poçtuna GDU-nun Tarix-coğrafiya fakültəsinin bir qrup tələbəsi adından şikayət məktubu daxil olub.Narazı tələbələr yazır:21.06.2018-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tarix – coğrafiya fakültəsinin  tarix – coğrafiya ixtisasının 4-cü kurs tələbələrinin imtahanı olmuşdur. İmtahan Azərbaycanın iqtisadi coğrafiyası fənnindən keçrilmişdir. İmtahan müəllimi Arifə Əhmədli olub. İmtahan zamanı tələbələr onlara verilən bunker üçün sualların cavablarında düzgün cavabların olmadığını aşkarlamışdır. Məsələ ilə bağlı imtahan münaqişə komissiyasına tələbələr dərhal ərizə ilə  müraciət etmişlər.Komissiyadan gələn cavabda  isə fakültəyə gedib orada araşdırmalarını məsləhət bilmişlər. Fakültə dekanı tələbələrin haqlı iradları ilə əlaqədar fənn müəllimi “pedaqogika üzrə fəlsəfə doktoru” Arifə Əhmədlini çağırmış və məsələni həll etməyə çalışmışdır. Lakin dekan Urfan Həsənov tələbələrin mənafeyini qorumaq əvəzinə müəllimə bəraət qazandırmışdır. Tələbələr müəllimlə test sualları ilə əlaqədar kimin doğru olub– olmadığını mübahisə etmişlər. Tələbələr suallarda cavabların düzgün qeyd olunmadığını Arifə müəlliməyə sübut etmişlər. Lakin Arifə müəllim həmişəki kimi tələbələrə sərt cavablar verərək onları təhqir etmiş və dekan Urfan Həsənov isə müəllimi müdafiə etmişdir. Belə hal hər semestrdə təkrar olur. Dekan Urfan Həsənov müəllimlə əlbir olub tələbəni qəsdən kəsib ondan pul qoparmağa çalışır hər dəfə. Tələbələri qorxudaraq onlardan külli miqdarda pul alır.Münaqişə  ilə bağlı yazılmış ərizə faktiki olaraq tədris işləri üzrə prorektora verilib. İmtahanın yenidən keçirilməsi iləı bağlı yeni gün təyin olunub.Belə hal yalnız bir qrupda olmayıb. Hətta tarix ikinci kursda da türk xalqları fənnindən tələbələrə hazırlaşmaq üçün verilmiş 600 - ə yaxın testin heç biri imtahanda düşməyib. Dekan Urfan Həsənov tələbələrə hədə - qorxu gələrək onlardan imtahandan kəsirlərini düzəltmək üçün 50 manatdan yuxarı pul alıb. Saxta veteran Urfan Həsənov tələbələrə qənim kəsilib. Hər imtahanda tələbələri qəsdən kəsdirərək onlardan pul tələb edir. Özünün övladlarının kef çəkmələri üçün tələbələrin pulunu zorla alır. Tələbələr isə qorxaraq məcburi olaraq pulu verirlər. Açıq – aşkar tələbələr bunu dilə gətirməsələr də gizlində bu barədə ətraflı danışırlar.

Aşağıda adları çəkilən tələbələr  Azərbaycanın iqtisadi coğrafiyası fənnindən 21.06.2018-ci ildə şikayət ərizələri ilə müraciət etmiş tələbələrin siyahısıdır. Urfan Həsənov tələbələri elə qorxudur ki onlar doğru olduqlarını belə dillərinə gətirə bilmirlər. Onlardan xəlvəti soruşulduqda hər şeyi açıq aydın deyirlər.

Urfan Həsənovun özbaşınalığı son həddə çatıb.

Tarix-coğrafiya müəllimliyi41

 

Sarıyeva Zivə Mikayıl                                           

Osmanova Türkan Məcid                            

Kərimov Röyal Dünyamin                                    

Əkbərova Aysun Kamil                                        

Abbasova Reyhan Xeyrəddin                               

Ələkbərova Kəmalə Anar                            

Abbasov Tofiq Hikmət                                         

Abbasova Nərmin Akif                                         

İsmayılov İsmayıl Əbülfəz                                    

Abbasova Xanım Raqif                                       

Qafarova Zümrüd Nəbi                                       

Cəfərov Elmidar Şübay                                       

Seyidova İlahə Mirhəsən                                     

Məhərrəmov Vəli Mehman                                  

Yunusov İsmayıl Elxan                                       

Vəlizadə Günay Vüqar                                        

Rzayeva Gözəl Mətləb                                         

Məmmədova Səbinə Hüseyn                               

Quluzadə Əli Nəsrəddin                                      

Tarix-coğrafiya müəllimliyi 42

Ələkbərova Şəhla Eldəniz                            

İsmayılova Təhminə Murad                                  

İmranlı Nigar Faiq                                                 

Cəfərquliyeva Fəridə Cəlal                                    

Verdiyeva Aygül Arzu                                          

Aslanlı Aynurə Çingiz                                           

İsayeva Mələkxanım Ədalət                                  

İsmayılova Ülviyyə Lətif                             

Əliyeva Sevda Akif                                      

Babayeva Zoya Adil                                            

Ədilov Rövşən Alim                                            

Nəbiyeva Əfruz Mehman                                    

İsmayılova Fatma Əkbər                                              

Rüstəmov Niyaz Asim                                        

Xəlilov Nicat Nazim                                            

Məhərrəmov Solmaz Bəndər                               

Əhmədli Dərya Əziz                                            

Məmmədova Zahid İzzət                                     

Əliyeva Nurlana Seymur                                              

 Bundan başqa ,4 – cü kurs tələbərinə qeyri qanuni olaraq məsləhət saatları təşkil olunur. Dərs yükündə göstərilən saatdan artıq olaraq, yəni bir ay müddətinə məsləhət saatları təyin edir. Əslində məsləhət saatları 2-3 saat olur. Deyək ki, 4 fənn üzrə tələbə imtahan verməlidirsə,cəmi 8-12 saat, yəni həftə ərzində 4 fənn üzrə 1 və ya 2 məsləhət saatı keçməlidir.Lakin Urfan Həsənov 1 ayınə məsləhət saatı keçiləcəyini bildirir.Gəlmək istəməyən tələbələrdən məsləhət saatlarına görə 100 manat məbləğində rüşvət alır.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024