Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (31-03-2015, 12:58)
Pakistan mətbuatı 31 Mart soyqırımından yazdı

Pakistanın “Centreline” jurnalı, “DNA” informasiya agentliyi və urdudilli “Daily İnsaaf” qəzetində “31 Mart - Soyqırımı Günü” adlı məqalə dərc edilib

 

Ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə, Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci ildə 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan etməsi vurğulanıb.
Qeyd edilib ki, ümummilli lider bununla bağlı çıxışında bildirib ki, Birinci Dünya müharibəsi və Rusiyadakı 1917-ci ilin fevral və oktyabr inqilablarından su-istifadə edən ermənilər bolşevik şüarları altında öz məkrli planlarını həyata keçirməyə başlamış və 1918-ci ilin mart ayında Bakı Kommunası Bakı əyalətindən azərbaycanlıları tamamilə ləğv etmək haqqında cinayətkar planını həyata keçirməyə başlayıb.
Yazıda, Azərbaycan xalqının hər ilin 31 martında kütləvi etnik təmizləmə və soyqırımı qurbanlarının yad etdikləri bildirilib.
Məqalədə müəllif Azərbaycanın tarixinə nəzər yetirərək, Gülüstan və Türkmənçay müqavilələri barədə danışıb. Bildirilib ki, bu müqavilələr nəticəsində Azərbaycan parçalanıb, onun tarixi əraziləri olan Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər ərazilərə İran və Türkiyədən ermənilər köçürülüb. Lakin bütün bunlara baxmayaraq, azərbaycanlılar bu ərazilərdə çoxluq təşkil edib və məhz bu səbəbdən də “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini tətbiq ediblər. Azərbaycan torpaqlarının işğalı da bu siyasətin ayrılmaz bir hissəsi olub.
Yazıda, 1905-1907-ci illərdə minlərlə günahsız azərbaycanlıların ermənilər tərəfindən öldürüldüyü vurğulanıb. Qeyd olunub ki, Birinci Dünya müharibəsindən sonra Rusiya bolşeviklərinin başçısı V.Lenin S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin edərək onu Bakıya göndərib. Bakıda hakimiyyəti ələ keçirən bolşeviklər azərbaycanlıları tamamilə məhv etmək üçün ermənilərə şərait yaradıblar. Mart ayının 3-də 6000 Bakı soveti əsgəri və 4000 daşnakların azərbaycanlılara qarşı soyqırımı əməliyyatına başlayıblar.
Qısa bir müddət ərzində Bakının əksər hissəsi dağıdılıb. Bununla yanaşı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində də kütləvi qırğınlar törədilib.
 
Sonra məqalədə 28 may 1918-ci ildə siyasi müstəqilliyini əldə etmiş Azərbaycan Demokratik Respublikasının Azərbaycanda baş vermiş hadisələrə siyasi qiymət verdiyi, 31 mart gününü 1919 və 1920-ci illərdə ümummilli hüzn günü kimi qeyd etdiyi vurğulanıb.
Məqalədə, 31 mart 1918-ci il hadisələri zamanı soyqırımına məruz qalmış insanların sayı haqqında yazılarkən, “Nyu-York Times” qəzetinə istinad edilərək bu rəqəmin təkcə Bakıda 12000 olduğu bildirilib. Qeyd edilib ki, 1919-ci ildə keçirilmiş Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti, ermənilərin Bakı hadisələrində əsas rol oynayaraq 12000 qadın, uşaq və ahılları öldürdüklərini bildirib.
Pakistan mətbuatında dərc edilmiş məqalədə ermənilərin soyqırımı siyasətini davam etdirərək 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində yüzlərlə günahsız insanı xüsusi amansızlıqla məhv etdikləri vurğulanıb.
Məqalə, Azərbaycan prezidentinin Azərbaycan xalqına müraciətindən gətirilmiş “...erməni millətçilərinin siyasi-maliyyə mənfəətlər və kompensasiyalar əldə etmək məqsədi ilə dırnaqarası soyqırımı haqqında davamlı bəyanatlarından fərqli olaraq biz, Azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraraq bu məqsədi qarşımıza qoymamışıq. Biz inanırıq ki, müasir dünyada ərazi iddiaları, bütün bir millətə qarşı ideoloji dözümsüzlük, millətlər və dövlətlər arasında mübahisəli məsələləri hərb vasitəsi ilə həll edilməsi qəbul edilməzdir. Bununla yanaşı, bütün dünya soyqırımı haqqında həqiqətləri bilməlidir...” sitatı ilə yekunlaşıb. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024