Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (15-12-2021, 09:55)
50 milyardın içindəki inflyasiya payı - İNCƏLƏMƏ...

50 milyardın içindəki inflyasiya payı
“2021-ci ilin yekununda Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) dəyəri 50 milyard ABŞ dollarını keçəcəyini proqnozlaşdırırıq”.

Bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bu ilin 11 ayının nəticələrinə görə, ÜDM-in artım tempi 5,3%, o cümlədən qeyri-neft sektorunun artım tempi 6,4% olub. Qeyri-neft məhsullarının ixracının artımına gəldikdə, hesabat dövründə bu rəqəm 44% səviyyəsindədir və ilin sonuna qədər biz müvafiq dinamikanın qalacağını gözləyirik”, - deyə o qeyd edib.

Bu gün ölkədə ərzaq qiymətləri, eləcə də inflyasiyada artım müşahidə olunur. Belə olduğu təqdirdə ÜDM-nin dəyərinin hansı göstəricilərə əsasən artdığı da maraq doğurur.

Eyni zamanda, ÜDM ilə bağlı mövcud artım tempi qənaətbəxşdirmi və qeyri-neft sektorunda göstəricilər əsasən hansı sahənin hesabına formalaşır?

Mediatv.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, ötən il ÜDM 4 faizdən çox azalmışdı və bu, son illərin ən aşağı göstəricilərindən biri idi:

“Bu ilin artımı həmin azalmanın fonunda baş verib. Yəni keçən il azalan ÜDM-ə nisbətən bu il 5 faizdən çox artım gözlənilir. Maraqlıdır ki, bu ilin ilk 3 ayında ÜDM-də ciddi bir artım yox idi və hətta yanvar ayında ÜDM-in 0,9 faiz azalmasının şahidi olduq. Artım əsasən aprel-may aylarında nəzərəçarpacaq dərəcədə oldu ki, bunun da əsas səbəblərindən biri neft qiymətlərinin 80 dollara çatması oldu və ÜDM-yə müsbət təsir göstərdi. Bundan başqa, bəzi qadağalar aradan götürüldü, ictmai iaşə, ticarət obyektləri çalışmağa başladı.

Təbii ki, bu qadağaların aradan götürülməsi ÜDM-yə passiv təsir gəstərməli idi. Ancaq əsas məsələ, ötən il kəskin azalma olduğu üçün bu il artımın olması gözlənilən idi. Dünyanın bütün ölkələrində- ABŞ-da, Avropada yüksək nəticələr var. Ötən il əksər ölkələrdə, Rusiyada da azalma müşahidə olundu və 4 faiz civarında artım gözlənilir”.

Ekspert deyib ki, digər tərəfdən mütləq rəqəmlərdə artımın olması, 50 milyard manata çatmasına həm də inflyasiyanın da təsiri var:

“Qiymətlər sürətlə artır deyə dövriyyə də artır. İnflyasiyaya paralel olaraq dövriyyə artdıqca istehsal olunmuş və yaxud göstərilmiş xidmətin dəyəri də artır. Nəticə etibarilə 50 milyardlıq ÜDM-in içində inflyasiyanın da payı var. Ona görə də yaxşı olardı ki, inflyasiyanı nəzərə almadan ÜDM-in hesablanması praktikası Azərbaycanda da tətbiq olunsun. Bir çox ölkələrdə bu tətbiq olunur. Ancaq hər halda dinamikanın passivə doğru dəyişməsi ümumilikdə müsbət haldır”.

Qeyri-neft sektorunun artım tempinin 6,4 faiz olmasına gədikdə isə ekspertin sözlərinə görə, adıçəkilən sektorun hesablanma qaydalarında da dəyişikliklər olundu:

“Məsələn, bir çox sahələr var ki- qızıl, əlvan metallar, qara metallurgiya, üzvi kimya və neft kimya sahələri - bəzi istehsal və ixracat sahələri qeyri-neft sektoruna aid edildi. Bunun nəticəsində də qeyir-neft sektorunda belə kəskin artım müşahidə edildi. Heç də təsadüfi deyil ki, qeyri-neft sektorunda istehsalda və ixracatda aparıcı şirkətlərdən biri yenə də SOCAR-ın törəmə şirkətidir”.
шаблоны для dle 11.2

Xəbər lenti
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
9 02 2026
8 02 2026
8 02 2026