Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov bildirib ki, ərzaq məhsullarının qiymətlərinə təsir göstərəcək heç bir qəpik də rüsum artırılmasından söhbət gedə bilməz.
Son 12 ildə dünya bazarında qida qiymətlərinin nəzərəçarpacaq dərəcədə artdığını deyən İqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, qiymət siyasətində səhvlər başqa bir təhlükəli nəticəyə - məhsulun, malın qıtlığına və yaxud ümumiyyətlə, mövcud olmamasına gətirib çıxarır:
“Mən bədbin proqnozlar vermək istəmirəm, amma güman edirəm ki, bu qış bir sıra ölkələrdə bu problemləri görəcəyik. Həmin problem yalnız qida ilə məhdudlaşmayacaq, enerji bazarına və ona oxşar sahələrə təsir edəcək”.
Bu gün ərzaq məhsullarına təsir edəcək rüsum artırılmasa gəlincə, fakt odur ki, bazarda qiymətlər kifayət qədər yüksəkdir. Mövcud bahalığa rüsum təsir göstərmirsə, bunun hansı səbəblərlə bağlı olduğu da maraq doğurur. Hazırkı bahalığı yalnız dünya bazarındakı qiymətlərlə əlaqələndirmək doğru olmaz, çünki qiymətlərin istehlakçılar üçün uyğun olduğu ölkələr də var. Qarşıdan qış fəslinin və Yeni il bayramının da gəldiyini də nəzərə alsaq, bu sahədə problemin daha da artacağının şahidi olacağıq. Dünya bazar qiymətlərindən başqa, bahalığa təsir göstərən hansı amillərdir?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, ərzaq məhsullarının bahalaşmasının müxtəlif səbəblər var:
“Maliyyə naziri rüsumların artmadığını deyirsə, çox güman ki, gömrük rüsumlarının və yaxud dövlət qeydiyyatı rüsumlarından söhbət gedir. Bəli, uzun illərdir ki, onlarda dəyişiklik yoxdur və gömrük rüsumları maksimal 15 faiz dərəcəsindədir. Burada söz oyunu da var. Çünki rüsumlarda son illərdə bir dəyişiklik olmayıb, ancaq qiymət artımına təsir göstərən amillər haqqında nədənsə Maliyyə naziri danışmır. Ölkədə istehsalı olmayan ərzaq məhsullarının gömrük rüsumları əksinə, aşağı salınmalıdır. Bu da qiymətlərin yüksəlməsinə təsir edən amilə çevrilib. Bunun ən bariz nümunəsi, məsələn, uşaq yeməkləridir ki, həm sosial məsələdir, həm də ərzaq məhsuludur. Ölkədə istehsalı yoxdur, ancaq gömrük rüsumu çox yüksəkdir və bu, illərdir ki, davam edir. Gömrük və vergi siyasəti ümumilikdə qiymət artımına təsir göstərən amillərdən birinə çevrilir. Ancaq ümumilikdə qiymətlərə təsir edən əsas amillər ölkənin illərdir ki, həllini tapmadığı xroniki problemləridir. İnhisarçılıqla bağlı məsələlərdir, məmur biznesidir, rəqabətsizlik mühitidir”.
Ekspert deyir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov üstüörtülü danışaraq daha çox terminoloji ifadələrdən istifadə edib:
“Onun yanaşmasında doğru cəhət ondan ibarətdir ki, əgər dövlət sovet dövründə olduğu kimi, bütün qiymətlərin tənzimlənməsinə müdaxilə etsə, bu, zaman qıtlığa və qiymətlərin daha çox artmasına, yəni piştaxta altından satışların yenidən dirçəlməsinə səbəb ola bilər. Bu baxımdan dövlətin əlində iqtisadi alətlər var ki, onunla müdaxilə etməlidirlər. İnzibati alətlərlə, yəni qiymətin dövlət tərəfindən tənzimlənməsi başqa, daha ciddi fəsadlara səbəb olacaq. Görünən trend ondan ibarətdir ki, yaxın aylarda qiymətlərin artım dalğası qaçılmaz olacaq. Bu, həm obyektiv səbəb kimi dünyada da bahalaşmanın getməsidir. Subyektiv səbəb isə adıçəkilən problemlərin institusional həllinin olmamasıdır. Hökumət institusional olaraq bu problemi həll edə bilmir və yaxud etmək istəmir. Nəticə etibarilə mövsümü səbəbləri də bunun üzərinə gəldikdə, qiymətlərin daha sürətlə artmasını müşahidə edə bilərik. Mənim ehtimallarıma görə, bu ayın sonundan başlayaraq yeni il bayramlarına qədər tələbin də artacağını nəzərə alaraq qiymətlərin daha da sürətlə bahalaşmasının şahidi ola bilərik”.
İqtisadiyyat / Slayd (13-11-2021, 09:47)
İki nazirə bir cavab: Qiymətlər ona görə bahalaşır ki... - ETİRAZ
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024