Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (18-04-2019, 16:30)
Qanunu pozanlar işlərini sahmana salsalar yaxşıdır, sonra gec olacaq - RƏY

 
Dünyada qeyri-rəsmi əməkhaqqının 30-dan çox adı məlumdur - “qara”, “boz”, “qeyri-leqal”, “gizli”, “uçotdan kənar”, “zərf” və s. Bütün bunlar işçilərə verilən qeyri-rəsmi əməkhaqqının müxtəlif adlarıdır. Təəssüf ki, bu gün Azərbaycanda da vergi ödəyicilərinin fəaliyyətini və biznes dövriyyələrini təhlil edərkən rəsmiləşdirilməyən əməkhaqlarının verilməsi praktikasına tez-tez rast gəlinir. Bu isə “kölgə iqtisadiyyatı”nın təzahürüdür.
Hesablamalara görə, ölkəmizdə əmək qabiliyyətli əhalinin sayı təxminən 4,5 milyon nəfərdir və bunun 1,5 milyon nəfəri muzdlu işlə məşğul olanlardır. Qeyd olunan neqativ hallara təkcə xidmət və ticarət sektoru kimi ənənəvi sahələrdə deyil, istehsal və ixrac yönümlü müəssisələrdə də rast gəlinir.
Bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklə əməkhaqlarının səkkiz min manata qədər olan hissəsi yeddi il müddətində gəlir vergisindən azad edilib. Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, qeyri-dövlət sektorunda işləyən 500 mindən çox vətəndaş bu güzəştdən faydalanmaqdadır.
Oxu: Nazir: Obyektlərdə milyonlarla manat vergidən yayınma halı aşkarlanıb - VİDEO
Güzəştin məqsədi əməkhaqlarının “kölgədən” çıxarılmasından ibarətdir. Dövlət bu addımı ona görə atıb ki, sahibkarlar işə götürdükləri insanların əməkhaqlarını doğru-düzgün bəyan etməkdə maraqlı olsunlar. Əvvəllər vergi yükü qismən ağır idi və bu səbəbdən də sahibkarlar tərəfindən işçi sayı və əməkhaqqının real məbləği gizlədilirdi.
Hazırda işəgötürənlər arasında aparılan sorğular göstərir ki, yeni şərtlər daxilində əməkhaqlarını və iş yerlərini rəsmiləşdirmək onların marağını müəyyən qədər cəlb edir. Sahibkarların gəlir vergisi üzrə xərcləri azaldığı üçün onlar qeyri-rəsmi əməkhaqlarının və iş yerlərinin leqallaşdırılmasına tədricən razılaşırlar.
Məlumdur ki, 2019-cu ilin əvvəlindən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların icrasına nəzarət Vergilər Nazirliyinə tapşırılıb. Hər iki sahə üzrə daxilolmaların məbləği bəyan edilən əməkhaqlarının dinamikasını izləməyə imkan verir.
Cari ilin birinci rübünün yekunlarına görə, məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 110,3 faiz, işsizlikdən sığorta üzrə daxilolmalar isə 117,1 faiz icra olunub. Müqayisə üçün deyək ki, bu göstəricilər 2018-ci ilin birinci rübündə, müvafiq olaraq, 105,2 faiz və 75,2 faiz təşkil edib.
Vergilər Nazirliyi 2019-cu ilin birinci rübünün yekunları üzrə müəyyən təhlillər aparıb və məlum olub ki, ötən illə müqayisədə, bəyan edilən əməkhaqqı məbləğlərinin orta statistik göstəricisində əhəmiyyətli artım müşahidə olunur. Həmçinin, muzdlu işçilərlə bağlanmış əmək müqavilələrinin də sayında artım var. Öz növbəsində, Vergilər Nazirliyi də, vəd edildiyi kimi, hər zaman bu cür şəffaf işləyən sahibkarın yanında olacaq.
Təəssüf ki, bir qisim sahibkar da var ki, hələ də qanunlara əməl etmir, işə götürdüyü şəxslərlə əmək müqaviləsi ya bağlamır, ya da ona ödədiyi əməkhaqqının məbləğini tam şəkildə göstərmir.
İşçi əmək müqaviləsi olmadan çalışdıqda və ya onun faktiki əməkhaqqı rəsmi əmək müqaviləsində göstərilmədikdə, sosial sığorta haqları toplanılmır və işçilərin fərdi pensiya hesabında əks olunmur.
Bu yolla həm işçilərin gələcəkdə pensiya təminatı, kredit almaq imkanları (xüsusilə ipoteka kreditləri) və digər məsələlərlə bağlı hüquqları pozulur, eyni zamanda, vergidən yayınma sayəsində bazarda haqsız rəqabət yaranır.
Oxu: Elman Rüstəmov: Böyük həcmdə nağd pul “kölgə iqtisadiyyatı”nın əlindədir
İndi isə bəzi “şuluq” vergi ödəyicilərinin diqqətini əsas məqama yönəltmək istəyirik.
2019-cu ilin əvvəlindən həyata keçirilən vergi siyasətinin beş əsas istiqamətindən biri vergi inzibatçılığının təkmilləşdirilməsidir.
Başqa sözlə desək, Vergilər Nazirliyi rəqəmsal inzibatçılığı gücləndirib və vergi əməkdaşları şirkətlərin bütün işçilərinin əməkhaqqı cədvəlini onlayn şəkildə izləyə bilirlər. Yəni fəaliyyət növündən asılı olmayaraq, bütün sahibkarlar işçilərinə ödədikləri maaşlar barədə məlumatı hər bir şəxs üzrə adbaad və konkret məbləğ göstərməklə vergi hesabatları ilə birgə vergi orqanlarına təqdim edirlər.
Bu isə o deməkdir ki, orta illik dövriyyəsi 10 milyon manat olan hər hansı özəl klinikanın rekonstruktiv üz cərrahına (el arasında plastik cərrah deyilir) aylıq 400-500 manat maaş yazması gülünc görünəcək. Yaxud 15 illik iş təcrübəsi olan mühasibin maaşı 350 manat ola bilməz, ay ərzində 5-6 mənzil üçün təmir layihəsi verən dizayn şirkətinin ideya və ya art-direktoru 400-500 manat maaşa işləməz və s.
Vergilər Nazirliyi məntiqə sığmayan bu cür uyğunsuzluqlarla rastlaşanda araşdırma aparmaq üçün “şübhəli” əməkhaqqı alan bu işçilərdən izahat tələb etmək səlahiyyətinə malikdir. Belə olan halda, əminliklə demək olar ki, həmin şəxslər həqiqəti etiraf edərək real əməkhaqlarının məbləğini göstərəcəklər.
Odur ki, nə qədər gec deyil, qanunu pozanlar işlərini sahmana salsalar, yaxşıdır, sonra gec olacaq. Əks halda, bu “şuluq”, şəffaf fəaliyyət göstərmək istəməyənlər və vergidən yayınanlar vergi orqanlarının nəzarətindən qaça bilməyəcəklər.
Yeri gəlmişkən, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə qanunsuz fəaliyyətin qarşısını almaq üçün inzibati cəza mexanizmləri və sanksiyalar da sərtləşdirilib.
Belə ki, malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturasız təqdim edilməsinə, həmçinin, gəlirlərin və xərclərin uçotunun aparılmamasına görə ciddi maliyyə sanksiyası tətbiq edilir.
Bundan əlavə, Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə də maliyyə sanksiyaları müəyyən edilib. Bu sanksiyaların qanunlara əməl edən sahibkarlara heç bir aidiyyəti yoxdur və intizamlı vergi ödəyicisi bundan narahat olmamalıdır.
Dürüst olmayan vergi ödəyicisi isə nəinki narahat olmalı, hətta ciddi təşvişə düşməlidir. Çünki onun bütün maliyyə-uçot məlumatları vergi orqanlarının vahid elektron bazasında görünür, vergi ödəyicisinin məlumatlarında baş verən dəyişikliklər həmin anda sistemdə öz əksini tapır. İşçilərə verilən əməkhaqlarının aylar üzrə dinamikasını da aydın şəkildə izləmək mümkündür.
Buna görə də sahibkar öz işçisinə əməkhaqqı məbləği yazmazdan əvvəl dərindən götür-qoy etməlidir: o, sabah vergi orqanına bu məbləğin doğru olduğunu sübut edə biləcəkmi? İşçisi onun qanunsuz əməllərini ört-basdır etmək üçün məsuliyyət altına girəcəkmi? Əldə etdiyi qazanc maliyyə sanksiyaları ilə itirəcəyi məbləğdən nə qədər çox olacaq? Və ümumiyyətlə, bütün bunlara görə dövlətin, vergi orqanlarının nəzərində etibarın itirilməsinə dəyərmi?..
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024