İqtisadiyyat (21-06-2017, 13:44)
Banklar Assosiasiyası manatla bağlı açıqlama verdi
“İqtisadiyyatda proseslər getdikcə manat daim öz yeni məzənnəsini tapacaq”.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
“Manatın məzənnəsinin hər hansı fiksə olunmuş səviyyədə dayanmasını gözləmək lazım deyil. Sərbəst üzən məzənnə rejimi olduğu üçün aşağıya da, yuxarıya da getmə ola bilər. Hərəkətlilik həmişə müşahidə edilə bilər. Mən düşünmürəm ki, iqtisadiyyatın ayrı-ayrı sahələri, məsələn, turizmin, meyvəçiliyin qısa müddətdə məzənnəyə təsiri olsun. Kurs müxtəlif parametlər əsasında formalaşır”.
Mövsümü amillərin manatın məzənnəsinə təsirindən danışan Z.Nuriyev qeyd edib ki, müəyyən dövr ərzində bu amillərin məzənnəyə sistemli təsirini gözləmək doğru deyil: “Məzənnə bir çox parametrlərlə tənzimləndiyi üçün mövsümi amillərin ona təsiri güclü deyil”.