Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (7-07-2017, 12:12)
Qazaxıstanın energetika naziri: Natiq Əliyevin böyük planları vardı

Qazaxıstanın energetika naziri: Natiq Əliyevin böyük planları vardı

 

Natiq Əliyev Azərbaycan xalqının layiqli oğlu idi. O, həm də qazax xalqının böyük dostu, Qazaxıstanın ən nüfuzlu mükafatlarından birinin - “Kormet” ordeninin kavaleri idi”.

Mediatv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstanın energetika naziri, Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Kanat Bozumbayev Azərbaycan jurnalistlərinə müsahibəsində söyləyib. 

O, Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin xatirəsini anmaq və məzarına çiçəklər qoymaq üçün ikinci Fəxri xiyabanda olub: “N.Əliyev ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfə verib, hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri olub. 

Sonuncu dəfə biz mayın 15-də Vyanada OPEC və qeyri-OPEC ölkələrinin iclasında görüşmüşük. Onun böyük planları vardı. “EKSPO-2017” sərgisinin açılışında iştirak etmək üçün iyunun 8-9-da Astanaya gəlməyə hazırlaşırdı. Təəssüf ki, tale elə gətirdi ki, ağsaqqal həmkarımız və dostumuz indi bizimlə deyil. 

Allah ona qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun, onu sözünün ağası olan, müdrik məsləhəti ilə həmişə özündən kiçik həmkarına kömək edən gülərüz və dürüst insan kimi xatırlayacağam. 

O, müdrik, təcrübəli, xeyirxah və səmimi insan idi. Onun xatirəsi daim qəlbimizdə yaşayacaq”.

Azərbaycan-Qazaxıstan əlaqələrinə toxunan nazir deyib: “Prezident Nursultan Nazarbayevin Azərbaycana sonuncu səfəri zamanı ölkələrimizin başçıları hökumətlərarası komissiyanın həmsədrləri kimi qarşımıza ən qısa müddətdə komissiyanın iclasını keçirmək, əmtəə dövriyyəsinin genişləndirilməsi üzrə hərtərəfli tədbirlər görmək, iki ölkənin sosial-iqtisadi əməkdaşlığı üçün şərtləri yaxşılaşdırmaq vəzifəsi qoydular. 

Mərhum nazirlə iki ay “yol xəritəsi” üzərində intensiv işlədik və onu hazırladıq. Bu “yol xəritəsi” əmtəə dövriyyəsini iki dəfə artırmağa imkan verəcək. 

Ağsaqqal dostumun xatirəsinə ehtiram əlaməti olaraq çalışmalıyıq ki, əməkdaşlığımız yaxın illərdə yeni səviyyəyə yüksəlsin".

 

Qazaxıstanın energetika naziri: Natiq Əliyevin böyük planları vardı

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024