İqtisadiyyat / Dünya (9-06-2017, 16:50)
Türkiyənin ixracında lider olan sektorlar bəlli oldu
Türkiyə İxracatçılar Məclisi (TİM) 2016-cı ilin “İlk 1000 İxracatçı Şirkət” araşdırmasının nəticələrini açıqlayıb.
Mediatv.az haberturk-ə istinadən xəbər verir ki, 2016-cı ildə ən çox ixracat edən şirkətlər sıralamasında zirvənin sahibi 3,9 milyard dollarla “Ford Otomotiv Sanayi AŞ” olub.
Siyahıda 3,1 milyard dollarla “Tofaş Türk” ikinci sırada yer alarkən, üçüncü 2,8 milyard dollarla Oyak-Renault Avtomobil olub.
İxracatda avromobil və məişət texnikası istehsalçılarının öndə olması diqqəti çəkib:
“Ford Avtomobil” 3 milyard 958 milyon dollar
“Tofaş Türk Avtomobil” 3 milyard 189 milyon dollar
“Oyak-Renault Avtomobil” 2 milyard 834 milyon dollar
“Kibar Xarici Ticarət” 2 milyard 457 milyon dollar
“Türkiyə Neftayırma Zavodları” 2 milyard 100 milyon dollar
“Vestel Ticarət” 2 milyard dollar
“Toyota Avtomobil” 1 milyard 800 milyon dollar
“Arçelik” 1 milyard 776 milyon dollar
“Bosch” 1 milyard 66 milyon dollar
“TGS Xarici Ticarət” 1 milyard 13 milyon dollar.