Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (24-05-2017, 15:05)
Samir Şərifov baş bankirə mənfi cavab verib

Samir Şərifov baş bankirə mənfi cavab verib

 

Ötən gün Böyük Britaniyanın paytaxtı Londonda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev və Azərbaycanın maliyyə naziri Samir Şərifov arasında danışıqlar baş tutub. 

Mediatv.az APA-ya istinadən xəbər verir ki, D.Akişev bugünkü mətbuat konfransında bildirib ki, danışıqlar zamanı Qazaxıstanın “Vahid Pensiya Yığımı Fondu” SC-nin Azərbaycan Beynəlxalq Bankına 250 mln. dollarlıq yatırımının restrukturizasiyasının detalları müzakirə olunub.

D.Akişev qeyd edib ki, tərəflər müavinlər səviyyəsində danışıqların davam etdirilməsi barədə razılığa gəliblər: 

“ABB-nin vəsait çatışmazlığı olduğu üçün Qazaxıstan Milli Bankı borcun daha likvid, sonradan satıla biləcək aktivlərlə əvəzlənməsi variantını nəzərdən keçirməyə hazır idi. Azərbaycanın Maliyyə Nazirliyi isə bəyan edib ki, Qazaxıstan Milli Bankının borcun vaxtından əvvəl qaytarılması ilə bağlı tələbinin hər hansı hüquqi əsası yoxdur”.

Baş bankir xatırladıb ki, indiyədək rəhbərlik etdiyi qurum Azərbaycanın Maliyyə Nazirliyinə 3 dəfə məktub göndərərək ABB-nin maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı narahatlığını ifadə edib. 

Öz növbəsində ABB 3 dəfə borcun birdəfəlik və ya qismən qaytarılmasından imtina edib. “Bu ilin fevral ayında “Moody's” ABB-nin reytinqini endirib. 

Bundan sonra biz Azərbaycan bankına bir daha müraciət etdik. O zaman məlum oldu ki, ABB könüllü restrukturizasiya prosesinə hazırlaşır”, - deyə o bildirib.

Qeyd edək ki, Qazaxıstanın “Vahid Pensiya Yığım Fondu” SC 2014-cü ilin oktyabr ayında ABB-nin istiqrazlarına 250 mln. dollar yatırıb.

Ötən gün ABB tərəfindən təqdim olunan xarici öhdəliklərin restrukturizasiyası planına münasibət bildirən D.Akişev deyib ki, plan 3 istiqaməti əhatə edir və “hər bir variant kreditorlar üçün itkiyə səbəb olacaq”. 

“Buna baxmayaraq, Milli Bank və hökumət neqativ təsirlərin minimizasiyası üzərində işləyir. Biz əmanətçilərimizin maraqlarını qorumaq məqsədilə ABB ilə mütəmadi danışıqlar aparırıq”, - deyə o bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024