İqtisadiyyat (8-05-2017, 10:30)
Avro Fransdakı prezident seçkilərindən sonra ucuzlaşdı
Avronun Fransada prezident seçkisində Emmanuel Makronun qələbəsindən sonra bahalaşması qısa ömürlü olub.
Mediatv.az “Marja”ya istinadən xəbər verir ki, “NatWest Markets”ə görə, Makronun seçkidə qələbəsi onsuz da məzənnədə əks olunmuşdu (avro/dollar 1,10-a qalxmışdı).
İndi nəzərlər cümə günü Avropa Mərkəzi Bankının (AMB) iclasına və ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisindən sonra FED-in faiz artırmasına dair gözləntilərə çevrilib.
Avro/dollar Makronun qələbəsindən sonra 0,2% yüksələrək 1,1023 ən yüksək səviyyəyə çıxıb. Daha sonra 0,3% düşərək 1,0965 səviyyəsinə enib.
Avro/yen 124,59 ilə bir ilin ən yüksək səviyyəsinə çıxmasından sonra 0,1% düşərək 123,77 səviyyəsinə enib.
Qeyd edək ki, Makron Marin Le Penin seçki nəticələrini qəbul etməsindən yarım saat sonra etdiyi çıxışında ölkədəki parçalanmanı aradan qaldırmağa çalışacağını bildirib (birlik mesajı verib). Makron səslərin 65%-ni, ifrat sağçı Le Pen isə 35%-ni toplayıb.
Xatırladaq ki, Fransada prezident seçkiləri Azərbaycanda da avronun qiymətinə təsir edib. Avro manat qarşısında 0,10% ucuzlaşıb.