Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (23-05-2017, 14:57)
Azərbaycana 500 milyon dollar kredit ayrılır

Azərbaycana 500 milyon dollar kredit ayrılır

 

“Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (EITI) çıxmasına baxmayaraq, Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, ERBD) “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi üçün 500 mln. dollar məbləğində kredit ayıracaq”. 

Mediatv.az APA-ya istinadən xəbər verir ki, bunu EBRD-nin prezidenti Suma Çakrabati “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Layihənin maliyyələşdirilməsi məsələsində bankımız irəliyə doğru hərəkət edir. Bankın Direktorlar Şurası yekun qərarı bu ilin sonunadək qəbul edəcək”, - deyə o bildirib.

Azərbaycanın EITI-dən çıxışına toxunan bankın prezidenti qeyd edib ki, “Azərbaycanla baş verənlər üzücüdür” və “EITI-nin əldə rəhbər tutduğu meyarlar bir çoxlarını narahat edir”.

Qeyd edək ki, 2017-ci il martın 8-9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində EITI-nin Beynəlxalq İdarə Heyətinin 36-cı iclası keçirilib. 

Tədbirdə Azərbaycanı Dövlət Neft Fondunun icraçı direktoru, EITI üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

İclas zamanı bir sıra məsələlər müzakirə olunub, o cümlədən 4 ölkənin - Tacikistan, Qırğızıstan, Solomon adaları və Azərbaycanın EITI-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib.

Bununla əlaqədar bəyanat yayan Ş.Mövsümov bildirib ki, qəbul olunan qərar ədalətsizdir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024