Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-04-2017, 14:06)
Azərbaycan beynəlxalq turizm reytinqində ciddi irəliləyib

Azərbaycan beynəlxalq turizm reytinqində ciddi irəliləyib

 

Azərbaycan “Səyahət və Turizm - Rəqabət İndeksi”ndə son iki ildə 13 pillə irəliləyərək 71-ci sıraya yüksəlib. 

Mediatv.az-ın məlumatına görə, bu barədə “Report” Ümumdünya İqtisadi Forumun ekspertlərinin hazırladığı “Səyahət və Turizm - Rəqabət İndeksi”nin renkinqinə istinadən xəbər verir. 

Azərbaycan Yaponiyadan sonra 2015-ci ildən bu günədək ən yaxşı performans göstərən ikinci ölkə olub. Onun performans dərəcəsi 5,98% artım göstərib.

Qeyd edək ki, renkinqdə ilk 3 sıranı İspaniya, Fransa və Almaniya tutub. Son sıralarda isə müvafiq olaraq Burundi, Çad və Yəmən yer alıb. Qonşu Rusiya renkinqdə 43-cü sırada qərarlaşıb. Onu sıralamada Türkiyə izləyir.

Gürcüstan isə Azərbaycandan 1 pillə irəlidədir. Viza rejiminin son illərdə liberallaşdırılması Azərbaycanı dünyaya açıqlıq renkinqində 77-ci sıraya yüksəldib. Təbii və mədəni qorunan ərazilərin sahəsinin artmasına görə Azərbaycan 83-cü sıraya qalxıb. 

Azərbaycan şifahi şəkildə təqdim edilmək reytinqində 14-cü sırada yer alıb. Qiymətlərin münasibliyi renkinqində isə ölkə milli valyutanın ucuzlaşması səbəbindən 31-ci sıradadır. Burada ən ucuz ölkə İran, ən bahalı ölkə isə İsveçrədir.

Turizm xidmətləri infrastrukturuna görə Azərbaycan 89-cu sırada yer alıb. ÜİF-in hesabatına görə, 2016-cı ildə Azərbaycanı 1 mln. 921 min 925 nəfər turist ziyarət edib. Əldə olunan gəlir 2,3 mln. ABŞ dolları, hər bir turistin orta xərclədiyi vəsait isə 1201,7 dollar olub.

шаблоны для dle 11.2

Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025