İqtisadiyyat (6-04-2017, 10:46)
Daha 2 bankın filialları ləğv olundu
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 05 aprel 2017-ci il tarixli qərarına əsasən “Bank VTB” (Azərbaycan) ASC-nin “Azadlıq” və “Sumqayıt” filialları və “NİKOYL İKB” ASC-nin “Masallı” filialına verilmiş icazələr ləğv edilib.
Mediatv.az-a Palatadan verilən məlumata görə, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.
Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2.9-cu və 17.3-cü maddələrini, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq Bank VTB (Azərbaycan) ASC-nin “Azadlıq” filialının 01.08.2014-cü il tarixli №162/9 saylı və “Sumqayıt” filialının 05.11.2014-cü il tarixli №162/13 saylı icazələrini, həmçinin “NİKOYL” İKB ASC-nin “Masallı” filialının 25.06.2014-cü il tarixli 203/19 saylı icazəsini ləğv edib.