Ölkə banklarının kütləvi şəkildə dollar satışını dayandırması "qara bazar"da dolların bahalaşmasına səbəb olur.
Mediatv.az: Fins.az xəbər verir ki, hazırda qara bazarda dollar almaq da çətinləşib. Hazırda qanunsuz mübadilə məkanlarında dollar 1,90-a alınır, 1,92-ə satılır. Avronun satışı isə qara bazarda artıq 2 manata həyata keçirilir. Avronun alış kursu isə 1,95-dir.
* * *15:26
Bankların valyuta satışından imtina etməsi, bütün qoyulan qadağalara baxmayaraq, “qara bazar”ın vüsət almasına səbəb olub.
Virtualaz.org-un əməkdaşının verdiyi məlumata görə, bu gün Bakıda “qara bazar”da 1 ABŞ dolları 1,92 manata satılır.
Xatırladaq ki. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnəsinə görə, 1 ABŞ dolları 1,7622 manata bərabərdir.