Bu gün Mərkəzi Bank (MB) növbəti valyuta hərracı keçirib. Hərracın sonunda dolların məzənnəsi yenidən bahalaşıb.
Mediatv.az xəbər verir ki, hərrac 1 ABŞ dolları üçün 1,7622 AZN/USD məzənnəsi ilə başlayıb və 1,7662 AZN/USD məzənnəsi ilə yekunlaşıb.
Beləliklə, sabah dolların məzənnəsinin bahalaşacağı istisna olunmur.