Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Mediatv.az bildirir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,07 dollar bahalaşaraq 53,09 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,07 dollar ucuzlaşaraq 55,09 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti dəyişməyib. Belə ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti ötən həftənin sonunda olduğu kimi 55,42 dollara bərabər olub.