Rusiyanın taxıl ixracı ilə məşğul olan “Rusaqrotrans” QSC Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə İran, İraq, Pakistan, Əfqanıstan kimi şərq ölkələrinin bazarlarına məhsul çıxarmaq niyyətindədir.
Mediatv.az: Rusiya mətbuatı yazır ki, bu barədə şirkətin baş direktoru Yuri Kim məlumat verib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət Astara-Rəşt dəmir yolu xətti vasitəsilə İranın Fars körfəzində yerləşən Bəndər-Abbas dəniz limanı istiqamətində tranzit daşımalarına töhfə vermək niyyətindədir.
Bundan başqa, Y.Kim qeyd edib ki, “Rusaqrotrans” Azərbaycan və Gürcüstan dəmir yolu şəbəkəsindən, daha dəqiq desək, istismara verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə etməklə Türkiyəyə taxıl ixrac etmək istəyir.
Qeyd edək ki, hazırda Rusiyadan İrana taxıl ixracı Xəzər dənizindəki limanlar, Türkiyəyə ixrac isə Azov dənizinin kiçik limanları vasitəsilə həyata keçirilir.