Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-08-2016, 17:18)
​Azərbaycan bankları xalis dollar satışını 78 dəfə azaldıb

Bu ilin ilk yarısında Azərbaycanda valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb.

Mediatv.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti icmalında bildirilir.

İcmala əsasən, hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatları 2,9 dəfə, avro ilə əməliyyatlar isə 2,8 dəfə azalıb. Valyuta bazarında əməliyyatların 79%-i ABŞ dolları, 21%-i digər valyutalarda aparılıb.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Cari ilin yanvar-iyun aylarında kommersiya bankları tərəfindən satılan xalis (yəni, alışla satışın fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 73 dəfə azalaraq 78 mln. dollar, avro ilə əməliyyatlar isə 4,4 dəfə azalaraq 100 mln. avro təşkil edib.

“Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Mal və xidmət idxalının azalması, eləcə də, dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib. 2016-cı ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq edib”, – deyə sənəddə qeyd olunub.

“İlk yarımillikdə AMB valyuta bazarında iştirakını minimuma endirib. Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə 63 valyuta satışı hərracı keçirilib. Tələb 28 hərracda təklifi üstələdiyi halda, 35 hərracda tam qarşılanıb. AMB-də valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meyilli olub. Yeni məzənnə rejiminin tətbiqi AMB-nin ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir”, – AMB-dən bildiriblər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024