İqtisadiyyat (14-04-2015, 17:28)
“Lukoyl” 300 milyondan imtina etdi
“Lukoyl” şirkəti neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanında qaz axtarışlarını dayandıracaq
Bu barədə Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, bu il sıx süxurlarda kəşfiyyat işlərinə başlaması planlaşdırılan “Luksar” (“Lukoyl” və Səudiyyə Ərəbistanın dövlət şirkəti “Saudi Aramco”nun birgə şirkəti) şirkəti öz fəaliyyətini dayandırır.
“İyun ayına qədər Səudiyyə Ərəbistanında 6-7 nəfər qalacaq. Bu isə kompaniya demək deyil. İqtisadi problemlər o qədər çoxdur ki, burada olmaq artıq sərfəli deyil. Neftin qiymətlərinin aşağı olduğu bir vaxt dərin quyular qazmaq olduqca bahalıdır”, - deyə mənbə “Reuters”ə deyib.
Bundan əlavə, “Lukoyl”dan olan mənbədə şirkətin Səudiyyə Ərəbistanındakı fəaliyyətini dayandıracağını da bildirib.
2015-ci ilin yanvar ayında “Lukoyl” rəhbəri Vahid Ələkbərov bəyan etmişdi ki, şirkət iki il ərzində Rub-əl-Hali səhrasında aparılacaq işlərə 300 milyon dollar yatırmaq niyyətindədir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025