Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX-2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Fikri İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Mediatv.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.