Gündəm / Slayd (22-08-2016, 09:33)
Rusiya Ermənistanla vahid ordunu kimə qarşı yaradır?
“Bakı və Ankara Moskvanı bundan çəkindirməyə çalışmalıdır”; hərbi ekspertdən Qarabağ xəbərdarlığı gəldi...
Mediatv.az xəbər verir ki, “Rossiyskaya qazeta” Rusiya müdafiə nazirinin müavini Anatoli Antonova istinadən yazıb ki, Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasına dair sazişin imzalanmasına çox yaxındırlar. Qəzet bu hadisəni “kiçik sensasiya” adlandırıb. Qəzetin yazdığına görə, müdafiə nazirinin müavini Anatioli Antonov deyib ki, bu barədə saziş mətninin üzərində iş gedir.
Nəşr qeyd edir ki, hərbçilər saziş layihəsinin detallarını məxfi saxlayırlar və vahid qoşun birləşməsinə hansı qoşun növlərinin daxil olacağı məlum deyil. Lakin bəzi məlumatlara görə, yeni qoşun birləşməsi Ermənistan ərazisində dislokasiya olunacaq və ona Ermənistan Silahlı Qüvvələrinin 4-cü ordu korpusu və Rusiyanın 102 nömrəli hərbi bazası daxil olacaq.
“Azadlıq.org”un xəbərinə görə, hələ ötən ayın axırlarında noteru.com adlı sayt sözü gedən birgə qoşun qruplaşması məsələsindən yazmışdı. Həmin yazısına Boris Terexov adlı jurnalist “Putin Azərbayacan atıb” başlığı qoymuşdu. Terexov yazırdı ki, ötən apreldə Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək cəhdindən sonra Moskva özünün bu münaqişəyə münasibətini dəyişib. Onun iddiasına görə, buna bir səbəb də münaqişəyə üçüncü tərəflərin “burun soxması” olub. Terexovun bloqunda deyilirdi ki, “belə insidentlərin” baş verməməsi üçün Moskva “yalnız alqışlana biləcək çox orjinal bir gediş” edib - Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargahı tezliklə vahid Rusiya-Ermənistan hərbi qruplaşmasının yaradılacağını bəyan edib.
Terexov yazıb ki, Ermənistandan verilən məlumatlara görə, vahid qoşun birləşməsinə general Andranik Markaryan komandanlıq edəcək. Müəllifə görə, bu gün Ermənistan ərazisində Rusiyanın üç tam gücə malik motoatıcı polku, 1 özüyeriyən artilleriya polku, tank batalyonu, Qrad və Smerç zenit sistemlərinin bir neçə divizionu, Erebuni hərbi hava bazasında bir neçə qırıcı və helikopter eskadriliyaları, S-300 və Buk sistemləri ilə təchiz edilmiş ayrıca zenit-raket diviziyaları var.
Anatioli Antonov
Qeyd edək ki, general Andranik Markaryan Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan erməni generallardan biridir. Bir müddət əvvəl Rusiya və Ermənistan birgə hava hücumundan müdafiə sistemi barədə saziş imzalayıb və Ermənistan parlamenti artıq sazişi ratifikasiya edib. Bu sazişin ardınca indi də birləşmiş qoşun qruplaşması yaradılmasına hazırlıq gedir.
Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Rusiyanın bu addımı başadüşülən deyil və əslində gələcəkdə Ermənistanın Azərbaycana qarşı istifadəsi üçün imkan yaradacaq: “Rusiyanın 102-ci hərbi bazası ən müasir silahlarla, texnika ilə təmin olunub. Ermənistanın hansısa bir korpusu ilə birgə hərbi birləşmə yaratmaq əslində Rusiyadan çox, Ermənistana lazımdır və sərf edir. Təəssüf ki, Rusiya da işğalçı Ermənistana bu dəstəyi də verir. ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın münaqişə tərəflərindən biri ilə birgə hərbi birləşmə yaradır və həmin birləşməyə də erməni generalı komandir təyin edirsə, Azərbaycan Xarici İşlər Nazirliyi, rəsmi Bakı buna ciddi reaksiya verməli, Moskvaya etirazını bildirməlidir. Unutmaq olmaz ki, gələcəkdə Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar başlayanda Ermənistan Rusiya ilə yaratdığı birgə hərbi birləşmədən də istifadə edə bilər. Birgə hərbi birləşmənin yaradılması işğalçı erməni silahlı qüvvələrinə əlavə dəstəkdir. Sabah həmin erməni general Markaryan çox rahat şəkildə birgə hərbi birləşmənin Rusiyadan olan peşəkar hərbi mütəxəssislərindən, tankçılarından, topçularından Azərbaycana qarşı istifadə edəcək”.
Hərbi ekspert onu da dedi ki, Azərbaycan gələcəkdə Qarabağın azad olunması üçün antiterror əməliyyatları keçirərkən erməni generalın komandirlik etdiyi Rusiya-Ermənistan birgə hərbi birləşməsinin hərbçiləri və hərbi texnikası ilə üz-üzə qala bilərik: “Heç kim belə olmayacağına təminat verə bilməz. Nəzərə alsaq ki, 102-ci Rusiya diviziyası ilə Ermənistanın 4-cü korpusunun şəxsi heyətinin sayı bir neçə mindir bu, artıq çox ciddi güc deməkdir və qüvvələr balansının dəyişməsinə səbəb ola bilər. Birgə hərbi birləşmə yaradılması ola bilsin ki, yaxın gələcəkdə Qarabağda hərbi əməliyyatlarda rus hərbçilərinin görünməsinə, rus əsgəri ələ keçəcəyi, döyüş meydanında cəsədi qalacağı halda buna izahat, hüquqi əsas yaratmaq üçündür. Belə hallar ortaya çıxanda Rusiyadan izahat veriləcək ki, həmin rus əsgər birgə hərbi birləşmənin əsgəridir, əsgərin oraya getməsi qərarını erməni komandiri verib, biz lazım olan araşdırmanı aparacağıq və tədbir görəcəyik. Birgə yaradılacaq hərbi birləşməyə rus yox, məhz erməni generalın komandir gətiriləcəyi də təsadüfi deyil”.
Ü.Cəfərov Azərbaycan və Türkiyə rəhbərliyinin nə qədər gec deyil sözügedən məsələ ilə bağlı Rusiyaya narazılığını bildirməsinin və Moskvanı regionda gərginlik yaradacaq addımdan çəkindirməsinin vacibliyini vurğuladı: “Rusiya bir tərəfdən üzdə Türkiyə ilə Azərbaycanla yaxınlaşır, o biri tərəfdən isə Ermənistanı işğalçılığa həvəsləndirən addımlar atır. Türkiyə və Azərbaycan rəhbərliyi Rusiyanın Ermənistanla birgə hərbi birləşmə yaratmaq məsələsinə ciddi reaksiya verməli və Moskvanı bu işdən çəkindirməyə çalışmalıdır. Birgə hərbi birləşmə məsələsinin üzərindən sükutla keçmək olmaz. Çünki bu məsələnin reallaşması gələcəkdə bizim üçün böyük təhdidlər, təhlükələr vəd edir. Birgə hərbi birləşmə regiona əlavə gərginlik gətirəcək”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024