Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-05-2022, 16:18)
Rusiya Ukraynada 15 neft anbarını məhv etdi

 Rusiya Ukraynanın infrastrukturuna raket zərbələri endirməklə 15-ə yaxın neft anbarını məhv edib və ya zədələyib.
Mediatv.az xəbər verir ki, bu barədə Ali Radanın enerji və mənzil-kommunal təsərrüfatı komitəsinin rəhbəri Andrey Gerus deyib.
“Ukraynada yanacaq qıtlığı yaradan amillərdən biri neft anbarlarının dağıdılmasıdır. Yanacaq daşıyan maşınların hərəkəti ilə bağlı müəyyən çətinliklər var. Uyğunlaşma prosesi gedir, bazar yenidən formatlaşdırılır. Yaxın gələcəkdə bazar proseslərə uyğunlaşacaq və Avropadan çatdırılmalar daha dinamik olacaq. Ola bilsin ki, həftə ərzində gərgin vəziyyət hələ də davam edəcək. Amma mayın ortalarından yaxşılaşma gözlənilir, çünki artıq müqavilə bağlanıb, Ukraynaya nəql olunmuş resurs mövcuddur", - o bildirib.
O qeyd edib ki, yanacaq qıtlığını aradan qaldırmaq üçün hökumət bazarın daha da liberallaşdırılmasına gedə bilər:
“Bazar mexanizmlərinin işləməsi üçün hökumət artıq liberallaşma ilə bağlı müəyyən qərarlar qəbul edib. Müəyyən əlavə liberallaşmaya ehtiyac ola bilər. İqtisadiyyat Nazirliyi və aidiyyəti qurumlar bu məsələni təhlil edir".шаблоны для dle 11.2

Xəbər lenti
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024